top
Nurlan Ağazadə dünya çempionatındakı medalını atasına həsr edib Report.az
22 avqust 2025, 18:08
- ↺ +

Nurlan Ağazadə dünya çempionatındakı medalını atasına həsr edib

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisinin üzvü Nurlan Ağazadə (70 kq) dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.

"Report" xəbər verir ki, bunu idmançı özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Bolqarıstanın Samokov şəhərində keçirilən yarışdakı çıxışını şərh edib:

"Karyeramda ilk dəfə belə nüfuzlu yarışda iştirak etsəm də, hədəfim qızıl medal idi. Yarımfinalda sırf təcrübəsizliyimə görə moldavalı idmançıya məğlub oldum. Müəyyən qədər həyəcan da sözünü dedi. Bir qədər də dözümlülük çatmadı. Amma ruhdan düşmədim. Gürcü güləşçiyə qalib gələrək bürünc medal qazandım. Bu nəticəni üzərimdə ən çox əziyyəti olan insana – atama həsr edirəm. Şəxsi məşqçim Əşrəf Əliyevə, böyük məşqçimiz Arif Abdullayevə, eləcə də Rövşən Hacıyev və Nazim Əlicanova, Niyazi və Vüsal müəllimə təşəkkürümü bildirirəm".

Digər bürünc medalçı Vasif Bağırov (57 kq) Bolqarıstana qızıl medal qazanmaq üçün yollandığını deyib:

"Yarış çox yaxşı keçdi. Çempion olmağa getmişdim. Bürünc medal qismət oldu. Yarımfinalda hindistanlı rəqibimə qarşı düzgün taktika qura bilmədiyim üçün uduzdum. İnşallah, qarşıdan gələn yarışlarda uğurla iştirak edərəm. Vətənimi layiqincə təmsil edərəm. Qarşıdan böyüklərin ölkə çempionatı gəlir. Əlimdən gələni edib, çempion olmağa çalışacağam".

Fəxri kürsünün üçüncü pilləsinə qalxan daha bir güləşçimiz - Yusif Dursunov (125 kq) isə səhvlərdən nəticə çıxaracağını söyləyib:

"Bolqarıstana çempionluq üçün getmişdim. Təəssüf ki, yarımfinalda iranlı rəqibimə sonuncu xal prinsipinə görə məğlub oldum. Rəqib görüşlərimi yaxşı təhlil etmişdi, güləş üslubumu bilirdi. Dünya çempionatında üçüncü yer də yaxşı nəticədir. Səhvlərim üzərində işləyib, gələcəkdə daha yüksək nəticələr göstərəcəyimə inanıram".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 3 bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər