top
Millimizin məşqçisi: Avropa çempionu adını yenidən qazanmaq üçün var gücümüzlə çalışacağıq - MÜSAHİBƏ Idman.biz
13 may 2025, 15:08
- +

Millimizin məşqçisi: "Avropa çempionu adını yenidən qazanmaq üçün var gücümüzlə çalışacağıq" - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan U-15 milli komandasının böyük məşqçisi Namiq Quliyevin federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, bu yaş kateqoriyasında qazanılan son uğurları dəyərləndirib, Avropa birinciliyindən gözləntilərini açıqlayıb.

- Martda Gəncə İdman Sarayında keçirilən U-15 ölkə birinciliyini necə qiymətləndirirsiniz? Sizin üçün sürpriz adlar alındı?

- Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdu. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulmuş heyətdən 5 nəfər qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı.

- Yeri gəlmişkən, Gimnaziadada iştirak edən bütün sərbəst güləşçilərimiz fəxri kürsüyə qalxdı. Rəhbərlik etdiyiniz komanda 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazandı. Nəticədən razı qaldınız?

- Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən – ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik.

- Sizin üçün əsas sınaq 25-28 iyunda İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Qitə birinciliyinə hazırlıq necə gedir?

- Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyunun hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur.

- Ötən il 140 xalla komanda hesabında Avropa çempionu oldunuz. Titulu qorumaq mümkün olacaqmı?

- Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Bu gün, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Bu gün, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Bu gün, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Bu gün, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Bu gün, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Dünən, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Dünən, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Dünən, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Dünən, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Dünən, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Dünən, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Dünən, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Dünən, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Oxşar xəbərlər