top
Kamran Əliyev U-23 Avropa çempionatı və Azərbaycanda hakimliyin inkişafı haqqında Idman.biz
19 mart 2026, 18:01
- +

Kamran Əliyev U-23 Avropa çempionatı və Azərbaycanda hakimliyin inkişafı haqqında

"U-23 Avropa çempionatında digər ölkələrin idmançıları tərəfindən o qədər də kobud intizam pozuntuları olmadı".

Bunu Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında ədaləti qorumuş Kamran Əliyev report.az-a müsahibəsində deyib.

O, yarışla bağlı təəssüratlarını bölüşməklə yanaşı, Azərbaycanda hakimliyin səviyyəsi haqqında da danışıb.

Həmin müsahibəni təqdim edirik.

- U-23 Avropa çempionatında hakimliyin səviyyəsi və təşkilatçılıq necə idi?

- Yarış yüksək səviyyədə təşkil olundu, görüşləri I və Olimpiya kateqoriyalı hakimlər idarə etdilər. Baş hakimlər və nümayəndələr Rusiyadan və Rumıniyadan olan çox təcrübəli mütəxəssislər idi. Hakimliklə bağlı ciddi bir problem olmadı. Yalnız təşkilatçılıq və transfer məsələlərində bəzi problemlər var idi. Ötən il U-23 dünya çempionatında da Serbiyada olmuşdum. Biz Azərbaycandakı yüksək səviyyəli təşkilatçılığa öyrəşdiyimiz üçün buradakı vəziyyət müqayisədə bir az aşağı görünür.

- İntizama və etika qaydalarına riayət etməyən güləşçilər oldu?

- Yarışda ciddi qayda pozuntusu və ya intizamsızlıq müşahidə etmədim. Bunu idarə etdiyim görüşlərə əsaslanaraq deyirəm. Amma yarışlarda belə hallar qaçılmazdır. Bu cür hallara qarşı da Dünya Güləş Birliyi (UWW) cəzalar tətbiq edir.

- Azərbaycanlı güləşçilərlə bağlı intizam baxımından vəziyyət necə idi?

- U-23 Avropa çempionatında digər ölkələrin idmançıları tərəfindən o qədər də kobud intizam pozuntuları olmadı. Həmçinin azərbaycanlı pəhləvanlar da intizamlı çıxış etdilər. Azərbaycanı təmsil etdiyimiz üçün həm komandamızda, həm də hakim heyətimizdə intizam həmişə ən yüksək səviyyədə olur.

- Təşkilatçılar və ya digər əcnəbilər tərəfindən azərbaycanlılara qarşı ümumi münasibət necə idi?

- Uzun illərdir beynəlxalq arenalarda Azərbaycanı təmsil edirəm. Bizə qarşı münasibət yaxşıdır. Çox isti qarşılayırlar. Serbiyalılar da istiqanlı, qonaqpərvər xalqdır. Hansısa çətinliklər olanda can-başla köməyə gəlirlər.

- Bəs digər ölkələrin təmsilçilərinin güləşçilərimizə qarşı münasibətlərində fərq var idi? Hər hansı aqressivlik hiss etdinizmi?

- Azərbaycanda mənə görə bir nömrəli idman güləşdir. Bəzi Avropa təmsilçiləri bu idman növündə zəifdirlər. Ona görə də rəqiblər Azərbaycan güləşçilərinə qarşı çox ciddi yanaşırlar. Çünki bilirlər ki, bizim ölkədə zəif rəqib yoxdur. Ona görə də güləşçilərimizə qarşı görüşə daha məsuliyyətli çıxırlar. Lakin idmançılarımıza qarşı hansısa aqressivlik hiss etmədim. Normal münasibət oldu.

- Azərbaycanda hakimliyin inkişafı ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycanın 25 beynəlxalq dərəcəli hakimi var. Yeni yaradılan Hakimlər Komissiyası bu sahəyə ciddi nəzarət edir. Düşünürəm ki, hazırkı duruma qədər hər şey qənaətbəxşdir.

- Azərbaycanda güləş sahəsində hakim qıtlığı var?

- Hakim qıtlığı yoxdur. Kifayət qədər təcrübəli və istedadlı gənc hakimlər var. Yeni gələnlərin də xalça üzərində göstərdiyi performans çox yaxşıdır. Onların kateqoriya almasına gəlincə, bu barədə Hakimlər Komissiyasının üzvləri qərar verir. Lakin düşünürəm ki, azərbaycanlı hakimlər görüşlərdə yaxşı idarəçilik edirlər.

- Serbiyada təşkil olunan U-23 Avropa çempionatına I kateqoriyalı hakim kimi dəvət almışdınız. Olimpiya kateqoriyası (S1) almaq perspektivini necə dəyərləndirirsiniz?

- İdmançılar kimi, hakimlərin də hədəfləri var. Olimpiya Oyunları zirvədir. Hazırda ölkəmizdə üç olimpiya kateqoriyalı hakim var. Mən I kateqoriyalı hakiməm. Əlbəttə, olimpiadada görüşləri idarə etmək istərdim. Belə yarışlar bizim üçün bir imtahandır. Nümayəndələr tərəfindən idarəçiliyim müsbət qarşılandı. İlin sonuna qədər vaxt var. Növbəti yarışlar olacaq. Bilirsiniz ki, Azərbaycanda U-17 dünya çempionatı keçiriləcək. Orada da imtahan verəcəyəm. Nəticə isə ilin sonunda bilinəcək. Ümid edirəm ki, yaxşı olacaq.

- Bildiyimizə görə, dünyada beynəlxalq dərəcə alan ən gənc hakim olmusunuz...

- Düzdür. Hətta FILA-nın (indiki UWW) o vaxtkı prezidenti Rafael Martinetti mənə təbrik məktubu da ünvanlamışdı. Bu, mənim üçün o zaman həm gənc hakim kimi bir motivasiya oldu, həm də yeni uğurlar qazanmaq üçün ruh verdi. Artıq 18 ildir hakimlik edirəm. Fikirlər də genişlənir, böyüyür. Düşünürəm ki, yaxşı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 16:18

Azərbaycan cüdoçuları Niderlandda Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 16:00

Coşqun Diniyevə “Qəbələ” və Türkiyə I Liqasından təklif var

Futbol
Bu gün, 15:40

Mançester Siti argentinalı qapıçı ilə müqavilə bağladı

Futbol
Bu gün, 15:18

Azərbaycanlı futbol məşqçiləri üçün UEFA B kateqoriyalı kurslar keçirilir

Futbol
Bu gün, 15:11

Futbolçu avtobusunda 86 kilo narkotik aşkarlanıb

Futbol
Bu gün, 15:06

Mançester Siti Xoakin Seysi transfer etməyə hazırdır

Futbol
Bu gün, 15:00

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kursu keçirilir

Futbol
Bu gün, 14:02

Şəfa heyətini 4 gənc futbolçu ilə gücləndirib

Qarabağ FK
Bu gün, 13:46

Qarabağ - Dinamo oyununda heyətdə dəyişiklik gözlənilir

Güləş
Bu gün, 13:27

Azərbaycan güləşçiləri Hatayda iki medal qazanıb

Futbol
Bu gün, 13:19

"Barselona" futbol klubu 2026/2027 mövsümü üçün yeni formasını təqdim etdi

Futbol
Bu gün, 13:03

Nigeriyalı futbolçu Daniel Eşiemokhai “Qəbələ”yə qayıtdı

Futbol
Bu gün, 12:47

Mahmud Qurbanov: "Sabah" "Hapoel" səddini də aşa bilər"

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

Futbol
Bu gün, 11:59

San-Paulu futbolçularının istifadə etməli olduğu avtobusda böyük miqdarda marixuana tapılıb

Futbol
Bu gün, 11:51

Məhəmməd Salahın türk əcdadları

Futbol
Bu gün, 11:40

Tottenhem Monako hücumçusu ilə maraqlanır

Voleybol
Bu gün, 11:20

Murov Az Terminal voleybol klubuna yeni transfer

Futbol
Bu gün, 11:14

“Roma” klubu Rodriqo Mora ilə müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 10:58

Kiyev "Dinamo"su Bakıya 25 futbolçu ilə gəlib

Futbol
Bu gün, 10:49

UEFA Superkuboku: PSJ - “Aston Villa”

Futbol
Bu gün, 10:35

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:22

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Futbol
Bu gün, 09:50

Sabahın qələbəsi Azərbaycana xal gətirdi

Oxşar xəbərlər