top
Göyçayda yeni güləş zalları istifadəyə verilib: imkanlar genişlənir Idman.biz
10 iyun 2025, 15:02
- +

Göyçayda yeni güləş zalları istifadəyə verilib: imkanlar genişlənir

Bölgələrdə yeni güləş zallarının istifadəyə verilməsi intensiv hal alıb.

İdman.biz xəbər verir ki, bu idman növünün son illər populyarlıq qazandığı rayonlardan biri də Göyçaydır. Mərkəzi Aran rayonunda 3 güləş zalının açılışı olub.

Açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, Göyçay UGİM-in direktoru Namət Şirinov, I-S dərəcəli hakim Asif Şirəliyev, I dərəcəli hakim Natiq Hacıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və başqa şəxslər iştirak edib.

Göyçay şəhərində həm yunan-Roma, həm də sərbəst güləş üzrə zal fəaliyyətə başlayıb. Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən yunan-Roma güləşi zalında əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc məşqlərə cəlb edilib. Heydər Əliyev prospektində yerləşən sərbəst güləş zalında isə məşqçilər Niyazi Əhmədov, Kamran Nuriyev və Coşqun Əsgərlinin rəhbərliyi altında 80 idmançı müntəzəm olaraq təlim-məşq prosesində iştirak edir.

Rayonun Bığır kəndində yerləşən 1 saylı məktəbin idman zalı da güləşçilərin ixtiyarına verilib. Əməkdar məşqçilər Namət Şirinov, Kamran Baxışov, məşqçilər Xamran Seyidov, Əkbər Məmmədli və Cəlal Miriyev yunan-Roma güləşi üzrə məşqlər keçir. Bu idman mərkəzində 130-dan artıq yeniyetmə və gənc güləşin sirrlərinə yiyələnir.

AGF tərəfindən inventarla təmin edilmiş hər 3 güləş zalında məşqlər ödənişsizdir. Bu da regionda kütləviliyi artıran əsas səbəbdir.

Qeyd edək ki, bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Bu gün, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Bu gün, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Bu gün, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Dünən, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Dünən, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Dünən, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Dünən, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Dünən, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Dünən, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Dünən, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Dünən, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Dünən, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Dünən, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Oxşar xəbərlər