top
Dünya çempionu Ülvü Qənizadə: Olimpiya arzusu, çəki dilemması və yeni hədəflər - MÜSAHİBƏ Idman.biz
25 sentyabr 2025, 16:54
- ↺ +

Dünya çempionu Ülvü Qənizadə: Olimpiya arzusu, çəki dilemması və yeni hədəflər - MÜSAHİBƏ

"Yenidən dünya çempionu olmaq çox qiymətlidir. Deməli, səviyyəmi aşağı salmamışam".

Bunu Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatında qıqızl medal qazanan Azərbaycan millisinin yunan-Roma güləşçisi fanat.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Bu günlərdə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan komandasında yeganə qızıl medalı qazandın. Digərlərinin rəqibləri çox güclü idi?

- Əvvəla, çox sevinirəm ki, dünya çempionatında qalib gəldim. Əlbəttə, çox istərdim ki, komanda yoldaşlarım da "qızıl" qazansınlar, əziyyətləri yerdə qalmasın. Görünür, ən yüksək əyarlı medal mənim qismətimdə imiş. Güləşlə az-çox maraqlananlar bilir ki, 72 kiloqram ağır çəkidir. Bu çəkidə güləşdiyim üçün demirəm, həqiqətən də ən rəqabətli çəki "72"-dir.

- Dünya çempionatında 3 final güləşmisən. Onlardan ikisində baş mükafata sahib çıxmısan. Özü də ardıcıl olaraq. İkiqat dünya çempionluğu sənin üçün nə deməkdir?

- Yenidən dünya çempionu olmaq çox qiymətlidir. Deməli, səviyyəmi aşağı salmamışam. Çalışıram titulların sayını artırım. Hədəfim dünya və Avropa çempionatlarında qalib olmaqdır.

- Gələn mövsüm üçün planların nədən ibarətdir?

- Qarşıda məni yenə dünya və qitə çempionatları gözləyir. Bu dəfə hər iki yarışda baş mükafatı qazanmağı qarşıma məqsəd qoymuşam.

- Ülvü, Xorvatiyanın paytaxtındakı uğur güləş tariximizdə yer alacaq. Lakin tam fərqli və böyük sınaq meydanı da var. Bu, olimpiya oyunlarıdır. Hazırda çıxış etdiyin 72 kiloqram çəki olimpiya dərəcəsi deyil. 77 kiloqrama keçmək barədə nə düşünürsən?

- (gülür) Mənə bu sualı Xorvatiyada da verdilər. Demişdim düşünəcəyəm. Hazırda bu barədə qərar verməmişəm. Yeni qayıtmışıq, hazırda istirahət edirəm və bu çempionluğun dadını çıxarmaq istəyirəm. Məşqlərə qayıtdıqdan sonra bunun üzərində fikirləşəcəyəm.

- Sənin üçün qarşıdakı daha iki DÇ-də də qalib gəlib dördqat dünya çempionluğu qazanmaq, yəni bol mükafatlar, maddiyat, yoxsa Los Anceles-2028-də iştirak daha önəmlidir?

- Əlbəttə ki, titullarımın sayını artırmaq da önəmlidir. Ancaq hər bir idmançı kimi mənim də arzum olimpiya oyunlarında iştirak etməkdir. Sadəcə, tərslikdən çəkim elə çəkidir ki, olimpiadaya düşmür. Nə o yanlıqdır, nə bu yanlıq. Yəni nə 67-yə düşür, nə 77-yə qalxır. Hətta mənə 81-82 kilo olmaq lazımdır. Gərək kütləni yığım ki, istədiyim çəkiyə "otura" bilim. Dediyim kimi, hələ bu barədə heç nə düşünmək istəmirəm.

- Qitə və dünya çempionatlarında qazandığın nailiyyətlərin hamısı Avropa ölkələrində baş verib. Gələn il dünya çempionatı Bəhreyndə keçiriləcək, yəni tam fərqli qitədə, iqlimdə, saat qurşağında. Uğur sıralamanın qırılmasından narahat deyilsən?

- Düzdür, çempionluqlarımın hamısı Avropa qitəsində olub. Amma növbəti dünya çempionatının Asiyada olacağı məni qətiyyən narahat etmir. Bu, bizim işimizdir. Şərtlərin dəyişməsi ciddi problem olmamalıdır. Hər şey hazırlıqdan və köklənməkdər asılıdır. Çalışacağam ki, yenə fərdi nailiyyət əldə edib. İnşallah, komandanın da qızıl medalları çox olar və Bəhreyndən də medalla qayıdarıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Oxşar xəbərlər