top
Dünya çempionatında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıtdı: Qarşılanma mərasimi və idmançıların təəssüratları Idman.biz
28 sentyabr 2025, 19:07
- ↺ +

Dünya çempionatında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıtdı: Qarşılanma mərasimi və idmançıların təəssüratları

Yunanıstanın Katerini şəhərində keçirilən dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Komandanın baş məşqçi Oyan Nəzəriani yarışla bağlı təəssüratlarını bölüşüb: "Yarışda oğlanlarda 4, qızlarda 2 çəkidə təmsil olunduq. Oğlanlarda komanda hesabında 3-cü, qızlarda isə 4-cü yeri tutduq. Əsas hədəfimiz gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları olduğu üçün heyətimizi 15-16 yaşlı güləşçilərdən qurmuşduq. Məğlub olduğumuz rəqiblərin əksəriyyəti komandamızın üzvlərindən bir yaş böyük idi. Ümid edirik ki, hər bir idmançımız gələn il mötəbər yarışda yaxşı nəticələr qazanacaq. Gələn il əvvəlcə Avropa çempionatı keçiriləcək. Bu da Olimpiya Oyunları üçün bir sınaq rolunu oynayacaq. Ondan sonra sırf Olimpiadaya hazırlaşacağıq. Qeyd etmək istəyirəm ki, komandamızın vətənə dönüşü Anım Gününə təsadüf etdi. Medallarımızı şəhid ailələrinə həsr edirik".

Dünya çempionu Ülviyyə Musayeva yarışda qızıl medal qazanması ilə bağlı fikirlərini bölüşüb: "Bu nəticəni gözləyirdim. U-17 Avropa çempionatında medal qazanmaq qismət olmadı. Şükür Allaha, bu yarışda arzuma çatdım. Finalda erkən qələbə qazanacağımı düşünməmişdim. Amma qələbə qazanacağıma inanırdım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Onlara Allahdan rəhmət diləyirəm. Növbəti hədəfim gələn il Olimpiadada medal qazanmaqdır".

Dünya çempionu Nihad Süleymanlı da yarışla bağlı fikirlərini açıqlayıb: "Bu yarışa baş məşqçimizin nəzarəti altında çox yaxşı hazırlaşmışdıq. 6 görüş keçirdim. Rəqiblərimə xal vermədən dünya çempionu oldum. Şəxsi məşqçim Əlisa Abbasova təşəkkürümü bildirirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm. Gələn il Bakıda keçiriləcək U17 dünya çempionatında və Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağa çalışacağam".

Dünya üçüncüsü Elgün Kərimli növbəti ildə bürünc medalı qızılla əvəzləməyə çalışacağını deyib: "Yarış çox yaxşı keçdi. İlk dəfə U-17 yaş qrupunda çıxış etdim. Şükürlər olsun, medalsız qalmadım. Çempion da ola bilərdim. Beş rəqiblə qarşılaşdım. Yorucu idi. Çempion olmağa bir qədər dözümlülük çatmadı. Növbəti il bu bürüncü qızılla əvəzləməyə çalışacağam".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər