top
Dünya Çempionatında 4 Medal: Sərbəst Güləşçilərimizdən Qızıl Həsrəti Idman.biz
16 sentyabr 2025, 11:01
- ↺ +

Dünya Çempionatında 4 Medal: Sərbəst Güləşçilərimizdən Qızıl Həsrəti

Azərbaycanın sərbəst güləş üzrə milli komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında dörd medal qazanıb – 1 gümüş və 3 bürünc. Lakin son illərdə yığma ilin əsas turnirində qızıl medalsız qalır ki, bu da həm idmançılar, məşqçilər, federasiya, həm də azarkeşlər üçün ciddi narahatlıq doğurur.

İdman.biz-in məlumatına görə, Olimpiadadan sonrakı ilk dünya çempionatı özünəməxsus xarakter daşıyır.

Adətən bu yarışlarda yeni adlar üzə çıxır və favoritlərə meydan oxuyaraq qarşıdakı dövr üçün özlərinə inam qazanırlar. Bu baxımdan Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) tərəfindən qazanılan bürünc medallar diqqət çəkir. Hər iki güləşçi gənclər arasında adlarını təsdiqləmiş, artıq böyüklər səhnəsinə qədəm qoymuşdular. Dünya çempionatında ilk medallar onların 2028-ci il Los-Anceles Yay Olimpiadasına seçmə mərhələsinə motivasiyasını artıracaq.

Təcrübəli Osman Nurməhəmmədov (92 kq) mundialda sabit çıxışını davam etdirib. O, ardıcıl dördüncü dəfə medal qazanıb və bu, onun üçüncü bürünc oldu. Olimpiya iştirakçısından daha yüksək nəticələr gözlənilir. Osman özü də etiraf edib ki, Zaqrebdə tam hazır olmayıb – son təlim-məşq toplanışında xəstələnib və bərpa prosesi yarımçıq qalıb. Buna baxmayaraq, dünya çempionu olmaq arzusu qalır və ümidlər gələn ilə yönəlib.

125 kq çəki dərəcəsində Giorgi Meşvildişvili əsas favoritlərdən biri kimi çıxış edib. Olimpiadanın bürünc medalçısı, Avropa çempionu finaladək statusunu doğruldub, həlledici qarşılaşmada isə iranlı Amir Hüseyn Zareyə uduzub. Bu, Zarenin üçüncü dünya çempionluğu olub.

79 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev iki qələbədən sonra 1/4 finalda gələcək çempion yunanıstanlı Georgios Kugimtsidisa uduzub. Təsəlliverici mərhələdə yaponiyalı Rinosuke Kamiyaya qalib gəlsə də, bürünc medal qarşılaşmasında iranlı Məhəmməd Əşqar Noxodilarmi qarşısında məğlub olaraq 5-ci yerlə kifayətlənib.

97 kq-da çıxış edən Maqomedxan Maqomedov isə əsas favoritlərdən biri sayılırdı. Olimpiadanın bürünc medalçısı, iki il əvvəl dünya finalında güləşən idmançı ən yüksək nəticəyə ümid edirdi. Lakin start görüşündə hindistanlı Viki Viki ilə qarşılaşmada zədə alaraq mübarizəni dayandırmaq məcburiyyətində qaldı.

Ümumi xallara görə Azərbaycan yığması hazırda 83 xalla 3-cü yerdədir. Qalan iki çəki üzrə yarışlar bitdikdən sonra yekun cədvəl formalaşacaq. Amma artıq neçə ildir ki, dünya çempionatında qızıl medalsız qalmağımız narahatlıq doğurur. Sonuncu dəfə 2017-ci ildə Parisdə Hacı Əliyev dünya çempionu olmuşdu və o zamandan bu yana sərbəst güləşimiz üçün "dünya qızılı" gəlməyib.

Baş məşqçi Xetaq Qazyumov bildirib ki, yeni dünya çempionları yetişdirmək üçün böyük işlər görülməlidir: "Çox şey nəsildən asılıdır. Bir vaxtlar Hacı Əliyev, Toğrul Əsgərov xalçada parlayırdı. Elə bir nəsil yetişdirmək lazımdır ki, yaxın illərdə biz yenidən qalib olaq. Ümid edirik ki, gələcəkdə dünya çempionları yetişdirəcəyik və bunun üçün bütün addımları atırıq".

Dünya çempionatı isə davam edir. Artıq mübarizəyə qadın güləşçilər qoşulub, daha sonra isə "klassiklər" xalçaya çıxacaq. Yekun nəticələri isə ikinci yarı müəyyən edəcək.

Zaki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Oxşar xəbərlər