top
Dünya Çempionatı: Novruzovdan bürünc, Cioyev və Meşvili medala yaxın, Nurməhəmmədov yarımfinalda, Hacıyev məğlub oldu – YENİLƏNİR Idman.biz
14 sentyabr 2025, 20:53
- ↺ +

Dünya Çempionatı: Novruzovdan bürünc, Cioyev və Meşvili medala yaxın, Nurməhəmmədov yarımfinalda, Hacıyev məğlub oldu – YENİLƏNİR

Azərbaycan sərbəst güləşçisi Nurəddin Novruzov (61 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.biz-in məlumatına görə, üçüncü yer uğrunda görüşdə Novruzov koreyalı Kum Hyuk Kim üzərində inamlı qələbə qazanaraq rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, Azərbaycan güləşçilərinin cari mundialdakı ilk medalıdır.

Bundan əlavə, 86 kq çəki dərəcəsində Arseniy Cioyev fransalı Rahim Maqomedovla bürünc medal uğrunda qarşılaşacaq. Ağır çəkililər arasında (125 kq) isə Giorgi Meşvili finalda iranlı Amir Hüseyn Zare ilə qızıl medal uğrunda güləşəcək.

Qeyd edək ki, digər azərbaycanlı güləşçi Osman Nurməhəmmədov (92 kq) finala yüksələ bilməyib və sabah bürünc medal uğrunda mübarizə aparacaq.

****

Azərbaycandan olan sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, Nurmaqomedov 1/4 finalda Olimpiya mükafatçısı və üçqat Avropa çempionu olan Daulen Kuruglievi (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, digər azərbaycanlı sərbəst güləşçi Cəbrayıl Hacıyev (79 kq) yarımfinala vəsiqə qazana bilməyib və Yunanıstan təmsilçisi, Avropa çempionu Georgios Kougimitsidisə 0:8 hesabı ilə uduzub.

****

16:06

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sərbəst güləş üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir nki, bu gün Azərbaycan millisinin daha dörd güləşçisi xalça üzərinə çıxıb.

57 kq
İslam Bazarqanov ilk görüşdə gürcüstanlı Roberti Dinqaşvilini 10:1 hesabı ilə məğlub etsə də, ikinci qarşılaşmada UWW bayrağı altında çıxış edən Musa Mehtixanova 0:3 hesabı ilə uduzub.

74 kq
Turan Bayramov startda titul qazanmış rusiyalı güləşçi Zaurbek Sidakovla üz-üzə gəlib. O, 1:5 hesabı ilə məğlub olub.

79 kq
Cəbrayıl Hacıyev rəqibinin zədə səbəbindən xalçaya çıxmaması nəticəsində ilk dövrəni mübarizəsiz adlayıb. O, növbəti qarşılaşmada slovakiyalı Axsarbek Culayevlə güləşəcək.

92 kq
Osman Nurməhəmmədov hələ mübarizəyə qoşulmayıb. Onun ilk rəqibi hindistanlı Dipak olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Dünən, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Dünən, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Dünən, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Dünən, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Dünən, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Oxşar xəbərlər