top
Çimərlik güləşi üzrə dünya çempionatı: Baş məşqçi idmançıların xarakterindən danışdı Idman.biz
26 sentyabr 2025, 13:29
- +

Çimərlik güləşi üzrə dünya çempionatı: Baş məşqçi idmançıların xarakterindən danışdı

Yunanıstanın Katerini şəhərində keçirilmiş çimərlik güləşi üzrə U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçiləri əzmkarlıq və xarakter göstəriblər.

Bu barədə "Report"a millinin baş məşqçisi Oyan Nəzəriani açıqlama verib.

Mütəxəssis yarışın çox önəmli olduğunu bildirib: "Növbəti il Seneqalda yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Bu, həmin turnirdən əvvəl bir sınaq idi. Yunanıstanda 26 ölkədən 170-dən çox idmançı mübarizə aparırdı. Azərbaycanın ilk dəfə qız təmsilçiləri də çimərlik güləşində çıxış etdilər. Turnir üçün elə yaş qrupları seçmişdik ki, onlar yeniyetmələrin olimpiadasına da qatıla bilsinlər. Builki dünya çempionatındakı yaş qrupundan bir yaş aşağı idmançıları aparmışdıq. Bu turnir onlar üçün bir sınaq oldu".

Baş məşqçi idmançıların çıxışı ilə bağlı da danışıb: "Qızıl medal qazanan güləşçilərimiz əzmkarlıq və xarakter göstərdilər. Çimərlik güləşində dörd çəkidə oğlanlar, dörd çəkidə qızlar mübarizə aparır. Səkkiz qızıl mükafatdan ikisinin Azərbaycana gəlməsi yaxşı nəticədir. Amma həmişə daha yaxşı nailiyyətlər istəyirik. Ümid edirik ki, növbəti il keçiriləcək yeniyetmələrin olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəyik. Bu dəfə yer tuta bilməyən digər idmançılarımız da medalın bir addımlığında idilər. Cüzi səhvlər ucbatından mükafatçılar sırasına düşə bilmədilər".

Qeyd edək ki, U-17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) ilə Nihad Süleymanlı (80 kq) qızıl medal qazanıblar. Elgün Kərimli (90 kq) bürünc mükafatla kifayətlənib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:00

"Sabah-2" "Şamaxı-2"ni böyük hesabla məğlub etdi

Futbol
Bu gün, 19:59

"Neftçi" səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:56

"Neftçi"nin "Qəbələ" üzərində qələbəsi

Futbol
Bu gün, 19:54

"Neftçi" "Qəbələ"ni məğlub edərək Premyer Liqada altıncı sıraya yüksəlib

Futbol
Bu gün, 19:47

Joan Laportanın seçkilər, Hansi Flik və oyunçuların səsverməsi ilə bağlı açıqlaması

Futbol
Bu gün, 19:39

"Qəbələ" - "Neftçi": "Neftçi" hesabı artırır - CANLI

Futbol
Bu gün, 19:39

"Neftçi" "Qəbələ" üzərində qələbə qazanaraq fərqi artırır

Futbol
Bu gün, 19:31

"Neftçi" "Qəbələ"ni məğlub etdi (1:2)

Futbol
Bu gün, 19:30

Misli Premyer Liqası: "Qəbələ" - "Neftçi" oyunu - CANLI

Futbol
Bu gün, 19:30

Mahir Emreli "Kayzerslautern"də qol sevinci yaşadı

Futbol
Bu gün, 19:28

"Espanyol"un qələbəsiz seriyası "Malyorka" səfərində də davam etdi

Futbol
Bu gün, 19:24

"Kasımpaşa" "Eyüpspor" üzərində minimal qələbə qazanaraq, eniş zolağından çıxdı

Futbol
Bu gün, 19:22

Rəhman Hacıyev Sergey Samokunun rekord seriyasını bitirdi

Futbol
Bu gün, 19:21

Qəbələ - Neftçi: Bərabərlik Nəticəsi

Futbol
Bu gün, 19:11

Mahir Emreli "Kayzerslautern" üçün dərbidə qələbə qolunu vurdu

Futbol
Bu gün, 19:04

"Qəbələ" - "Neftçi": Hesab 1:1 (İkinci hissə başladı) - CANLI

Futbol
Bu gün, 19:00

Rəhman Hacıyev zədəli halda oynaması və "Qarabağ"la qarşılaşma barədə danışıb

Futbol
Bu gün, 18:54

"Qəbələ" - "Neftçi": İlk hissənin nəticəsi 1:1 - YENİLƏNİR

Futbol
Bu gün, 18:44

Kurban Berdiyev "Kəpəz"lə oyundan sonra itirilmiş xallar və motivasiya problemi barədə danışıb

Futbol
Bu gün, 18:33

İranlı Qadın Futbolçular Avstraliyadan İrana Qayıdır: Sığınacaq Təklifindən İmtina

Futbol
Bu gün, 18:30

"Kəpəz" - "Turan Tovuz" Matçının Videoicmalı (1:1)

Futbol
Bu gün, 18:28

Mahir Emreli "Kayzerslautern"in qələbəsinə qol ilə töhfə verib

Futbol
Bu gün, 18:26

"Qəbələ" - "Neftçi": Sambu hesabda tarazlığı bərpa edir - 1:1

Futbol
Bu gün, 18:26

Qəbələ - Neftçi: Bərabərlik

Oxşar xəbərlər