top
Çimərlik güləşi üzrə Azərbaycan millisi qarşıdakı yarışlara hazırlaşır Report.az
02 sentyabr 2025, 16:54
- +

Çimərlik güləşi üzrə Azərbaycan millisi qarşıdakı yarışlara hazırlaşır

Çimərlik güləşi üzrə Azərbaycan millisi bütün yarışlarda ən yaxşı nəticə üçün əlindən gələni edir.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Oyan Nəzəriani Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, iyulda baş tutmuş Azərbaycan çempionatı barədə danışıb:

"İki illik fasilədən sonra yenidən Azərbaycan çempionatı keçirildi. Bu çempionat 2 yaş qrupunda – U17 və böyüklər arasında baş tutdu. Əvvəlki çempionatlarından fərqli olaraq, ilk dəfə qadınlar arasında da çimərlik güləşi üzrə qaliblər müəyyənləşdi. Yarışa xeyli iştirakçı qatılmışdı. Gözləntilərimiz doğruldu. Bu çempionatı keçirməkdə əsas hədəfimiz növbəti il baş tutacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlığına daha erkən start vermək və milli komandanın geniş tərkibli güləşçi bazasını müəyyənləşdirib, onları məşq proseslərinə cəlb etmək, yarışlara hazırlaşmaq idi.

Mütəxəssis qarşıdakı yarışlar haqqında fikirlərini bölüşüb:

"Çempionat bitdikdən dərhal sonra güləşçiləri yığma komandanın tərkibinə cəlb elədik. Gündəlik bir məşqlə başladıq. Yeni gəlmiş idmançılarımızı çimərlik güləşinin qaydaları, məşq növü və məşq disiplinləri ilə tanış eləməklə başladım. Daha sonra bu ilin birinci təlim-məşq toplanışına start verdik. İlk növbədə ümumi-fiziki və funksional hazırlığa üstünlük verdik. Toplanış avqustun 30-da yekunlaşsa da, yarışlara qədər məşqlərimiz davam edəcək. Əvvəlcə böyüklərdən ibarət heyətlə Dünya Seriyasının mərhələ yarışında iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yollanacağıq. Oradan qayıtdıqdan dərhal sonra U17 dünya çempionatı üçün son təlim-məşq toplanışına start verəcəyik. Burda da çeviklik və taktika üstündə işləyəcəyik. Hələ vaxtımız var. Çalışacağıq ki, daha çox təkmilləşib, maksimum dərəcədə yarışda yaxşı çıxış edək".

Oyan Nəzəriani idmançılardan gözləntilərini açıqlayıb:

"Yarış ərəfəsində çox iddialı danışmağın tərəfdarı deyiləm. Hər yarışın özəl xüsusiyyətləri var. İstənilən halda, bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik. Ona uyğun məşq edirik. Qazanacağımız nəticələri, medalların əyarını yarış günündəki şərait – güləşçilərin, rəqiblərin performansı müəyyənləşdirəcək. U17 dünya çempionatında yüksək nəticələr qazanacağımıza ümid edirik. Dünya Seriyasında az güləşçi ilə iştirak etsək də, bu yarışda da medal qazanmağa namizədik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər