top
Baş məşqçi: Vüsal Əliyev hakimlərin müəmmalı qərarı ilə Dünya Seriyasının yarımfinalında məğlub oldu Report.az
09 sentyabr 2025, 17:19
- ↺ +

Baş məşqçi: Vüsal Əliyev hakimlərin müəmmalı qərarı ilə Dünya Seriyasının yarımfinalında məğlub oldu

Azərbaycan güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsinin final görüşündə hakimlərin müəmmalı qərarı nəticəsində uduzub.

Bunu "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.

O, yığma üzvlərinin nəticələrini dəyərləndirib:

"Mərakeşdə böyüklər arasında təşkil olunan Dünya Seriyasında iki idmançımız - Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) iştirak etdi. Vüsal yarışa pley-off mərhələsindən başladı və qrupa vəsiqə qazandı. Daha sonra yarımfinala yüksəldi və burada rəqibi Yunanıstan idmançısı oldu. Bu görüşdə Vüsal son saniyələrə qədər hesabda 1:0 irəlidə idi. Qarşılaşmanı üstün keçirməsinə rəğmən, son anda hakimlərin müəmmalı qərarı ilə hesab 1:1 oldu və sonradan məğlubiyyətlə üzləşdi. Lakin üçüncü yer uğrunda mübarizədə inamlı qələbə qazandı. İbrahim Yusubov isə yarışa A qrupunda start verdi. O, ilk iki görüşdə qələbə qazansa da, üçüncüdə İran təmsilçisinə məğlub oldu. Ancaq hazırda reytinqdə İbrahim Yusubov ikinci, Vüsal Əliyev isə üçüncüdür".

Mütəxəssis qarşıdakı planlardan da danışıb:

"Dünya Seriyasının növbəti mərhələsi Yunanıstanda keçiriləcək. Həmin yarışda yenə də eyni idmançılarla iştirak edəcəyik. Final mərhələsi isə oktyabrda Misirin İsgəndəriyyə şəhərində təşkil olunacaq. Bu yarış həm də reytinq xalları verəcək. Yekun reytinq nəticələri də elə orada elan olunacaq. Həmçinin U-17 komandamız dünya çempionatına yollanacaq. Turnirdə 8 oğlan, 2 qız idmançı ilə iştirak edəcəyik. Tarixdə ilk dəfə Azərbaycan çimərlik güləşində qızlarla təmsil olunacaq. Bu, 2026-cı ildə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları öncəsi bizim üçün önəmli sınaq olacaq".

Qeyd edək ki, Kasablankada təşkil olunan Dünya Seriyasında Vüsal Əliyev (80 kq) fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb. İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.

güləş çimərlik güləşi Dünya Seriyası Baş məşqçi müəmmalı qərar
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Oxşar xəbərlər