top
Aslan Abakarovun Dopinqə Görə Diskvalifikasiyası: Federasiyanın Açıqlaması Idman.biz
20 iyun 2025, 16:54
- ↺ +

Aslan Abakarovun Dopinqə Görə Diskvalifikasiyası: Federasiyanın Açıqlaması

Dopinqə görə 3 illik diskvalifikasiya olunan Azərbaycan güləşçisi Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançının 2024-cü ildə təşkil olunan Azərbaycan çempionatından sonra verdiyi dopinq testin nəticələrinin müsbət çıxdığı bildirilib: "O, 2024-cü ildə Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində sərbəst güləşdə bürünc medal qazanıb. Həmin yarışdan sonra AMADA-nın əməkdaşları bütün idmançılardan, o cümlədən Aslan Abakarovdan test nümunəsi götürüb. Həmin dopinq test müsbət nəticələnmişdi. İdmançının apellyasiya şikayətinə baxmayaraq, göstərilən səbəblər qəbul edilmədiyi üçün diskvalifikasiyaya məruz qalıb. İdmançı belə əsaslandırır ki, xəstələndiyi üçün Rusiyada həkimin yazdığı reseptə uyğun olaraq dərman alıb. Lakin dərmanın tərkibində dopinq olduğunu bilməyib. Nəticədə dopinq testi müsbət çıxıb.

Əslində isə hər bir milli üzvü istənilən dərmanı qəbul etməmişdən əvvəl bu barədə yığmanın həkiminə bildirməlidir. Həkimlə məsləhətləşdikdən sonra icazə verilərsə, dərmanı qəbul edə bilər. Ancaq Aslan həkimlə məsləhətləşmədən dərman qəbul edib. Bizdə demək olar hər il AMADA ilə əməkdaşlıq çərçivəsində seminarlar keçirilir. Çünki dopinq siyahısı hər dəfə genişlənir, yeni maddələr əlavə olunur, qadağan olunmuş dərmanlar göstərilir. İdmançılar təlimatlandırılır. Qaydalara əməl etməyənlər belə problemlərlə üzləşirlər. Sevindirici haldır ki, son illərdə millinin heç bir aparıcı üzvü dopinq problemi ilə üzləşməyib. Hər bir idmançıya dərman qəbul edərkən yığmanın həkimi ilə məsləhətləşməsinin vacibliyi bildirilib".

Qeyd edək ki, Aslan Abakarov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə 36 aylıq cəzalanıb. Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Oxşar xəbərlər