top
Arif Niftullayev: “Bunu etsəm, Azərbaycan güləşində yeni səhifə açılacaq” - MÜSAHİBƏ İdman.biz
25 noyabr 2024, 14:00
- ↺ +

Arif Niftullayev: “Bunu etsəm, Azərbaycan güləşində yeni səhifə açılacaq” - MÜSAHİBƏ

Azərbaycanın yunan-Roma güləşçisi Arif Niftullayevin (97 kq) İdman.biz-ə müsahibəsi

- Çində təlim-məşq toplanışında iştirak edirsiz. Hazırlıqlar necə gedir?
- Çində məşqlər çox yaxşı keçir. Hələ noyabrın 27-dək buradayıq. Taktiki, texniki və fiziki hazırlıq üzərində çalışırıq. Buranın şəhərdən uzaq olması əlavə bir üstünlükdür. Dağlıq ərazidə hazırlaşırıq və hava da çox təmizdir.

- Hazırkı formanı necə dəyərləndirirsən? Qarşıda hansı turnirdə iştirak etməyi düşünürsən?
- Təlim-məşq toplanışının sonuna qədər hələ 2 məşqimiz var. Düşünürəm ki, yekunda yaxşı formada olacağam. İlin axırında ölkə çempionatı var. Ondan sonra beynəlxalq turnirlər olacaq. Əsas hədəf Avropa çempionatıdır. Ona qədər yeni ilin əvvəlində bir iki turnirdə iştirak edəcəyik.

- 2022-ci ildə dünya çempionatında bürünc medal qazandıqdan sonra elə də ciddi nailiyyətin olmayıb. Bu nə ilə bağlıdır?
- Həmin vaxta qədər yerlilər arasında istər sərbəst, istərsə də yunan-Roma güləşində ağır çəkidə nəticə olmamışdı. Mənim çəkimdə dünya çempionatında indiyə qədər medal qazanılmamışdı. 2022-ci ildə mundialda bürünc medal qazanmaqla sübut etdim ki, işləməklə bizim güləşçilər də ağır çəkidə medal qazana bilərlər. Bu çəkidə hər zaman problemlərimiz olub və bu səbəbdən də legionerlərə ehtiyac duyulub. 2022-ci ildən sonra məndə zədələr oldu. Zədələrimi tam sağaltmaq üçün 1 il vaxt getdi. Ötən il dünya çempionatına yollansam da, xoş olmayan hadisə yaşandı. İlk görüşə çıxmamışdan əvvəl hazırlıq zamanı qolumdakı əzələlərdə yırtıq əmələ gəldi. Bununla belə xalçaya çıxdım. Hətta hesabda irəlidə idim, amma zədə görüşü davam etməyə imkan vermədi. İki ay da buna görə müalicə aldım. Zədələrə görə məşqlər etmirdim və hər məşqdən qaldıqda 2-3 gün dala düşürdüm. Bu səbəbdən də formamı çox itirdim.

- Ölkəmizdə ağır çəkilərdə rəqabətin az olması çıxışına necə təsir edir?
- O fikirlə razı deyiləm ki, ölkəmizdə ağır çəkidə rəqabət azdır. Bu psixologiya ilə bağlı olan bir şeydir. Bizdə ağır çəkilərə çox da önəm verilmir. Aşağı və orta çəkilər daha çox ön planda olduğuna görə bu, belədir. Yəqin ki, fikrimi digər ağır çəkidə olan güləşçilər də təsdiqləyər. Hətta Olimpiadadan öncə müraciət etmişdim ki, bizə ağır çəkiyə məşqçi lazımdır. Çünki sırf ağır çəki ilə işləyən mütəxəssis yoxdur. Ümumi məşq prosesləri bizim üçün azdır. Ağır çəkidə olanların məşq prosesi, taktiki-texniki hazırlığı başqa cürdür. Digər ölkələrdə də belədir. Onlarla ayrı məşqçi çalışır. Məncə, bizdə 87 kq, 97 kq və 130 kq-a 1 məşqçi nəzarət etsə, bəs edir. Bu olsa, ağır çəkidə nəticələrimiz daha yaxşı olar.

- Yeni ildən daha fərqli Arif Niftullayev izləyə biləcəyik?
- İnsan gərək düşdüyü vəziyyətdən çıxış yolu axtarsın. Əgər vəziyyət budursa, bu, o demək deyil ki, məşq etməyim. Onsuz da bu belə gəlib, belə də gedəcək. Üzərimdə çalışıram və qazandığımdan daha artığını əldə etmək üçün hər şeyi edirəm.

- Bəs əsas hədəfin nədir?
- Əsas qazanmaq istədiyim dünya çempionatının qızıl medalıdır. Atam da yunan-Roma güləşi üzrə ilk dünya çempionudur, mən də bunu etsəm, Azərbaycanda yeni bir səhifə açılacaq. Ata və oğul eyni adı daşıyacaqlar. Hazırda deyirlər ki, atası dünya çempionu, oğlu mundialın mükafatçısı. İstəyirəm ki, qızıl medal da qazanıb və atası da, özü də dünya çempionu oldu, desinlər. Bundan başqa, Avropanın da ən güclüsü olmaq və 4 ildən sonra Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının medalını da əldə etmək arzusundayam. Ona görə də bu yolda nə qədər əziyyət lazımdırsa, çəkəcəyəm.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Oxşar xəbərlər