İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.
Braziliyalı futbolçu La Liqanın 16-cı turunun "Selta" ilə oyununda (0:2) zədələnib. Sol ayaq əzələsində zədə aşkarlanan 27 yaşlı mərkəz müdafiəçisi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.