top
UWW Azərbaycanda çimərlik güləşinin inkişafını və uğurlarını yüksək qiymətləndirib Idman.biz
04 dekabr 2025, 17:51
- ↺ +

UWW Azərbaycanda çimərlik güləşinin inkişafını və uğurlarını yüksək qiymətləndirib

Dünya Güləş Birliyi (UWW) Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, bununla bağlı ali qurumun www.beachwrestling.org saytında geniş yazı qələmə alınıb.

Bildirilib ki, 2019-cu ildə ilk dünya çempionluğunu qazanmasından 2025-ci ildə çoxsaylı qızıl medallarla nəticələnən uğurlu çıxışına qədər keçən 6 il Azərbaycanı sınaq məqsədli bir təşəbbüsdən dünyanın ən güclü və ən geniş qurulmuş çimərlik güləşi proqramlarından birinə sahib ölkəyə çevirib. Yazıda inkişafın təməli və tətbiq olunan yarış formatı da yüksək qiymətləndirilib:

"Azərbaycan Güləş Federasiyası (AGF) 2019-cu ildə çimərlik güləşinə strukturlaşdırılmış yanaşma tətbiq edərək U-17 yaş qrupundan böyüklərə qədər uzanan inkişaf yolunun əsasını qoydu. Cəmi üç il ərzində Azərbaycanın U-17 və U-20 milli komandaları artıq dünya və Avropa titullarını qazanmağa başladı ki, bu da proqramın nə qədər sürətlə inkişaf etdiyini və yetkinləşdiyini göstərirdi. AGF beynəlxalq çimərlik güləşi formatını qəbul etdi. Qum üzərində hazırlığa start verildi və burada əsas diqqət tarazlıq, dözümlülük və çimərlik güləşinə xas olan partlayıcı hücum texnikalarına yönəldi. Bu sistemli yanaşma indiyədək altısı qızıl olmaqla 12 dünya çempionatı medalı qazandırıb. Onlardan biri 4 qat dünya çempionu İbrahim Yusubovdur".

UWW daxili bazanın qurulması və qadınların idmana böyük dönüşünün təmin edilməsi yönündə işlərin görüldüyünü diqqətə çatdırıb:

"2025-ci ilin iyulunda keçirilən və 150 iştirakçının yer aldığı çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk dəfə qadınlar arasında da yarışlar keçirildi və bu, idmanın ölkə daxilində əhatəsini genişləndirən, qadın idmançılar üçün beynəlxalq arenaya çıxış yolu yaradan mühüm mərhələ oldu. Bu, federasiyanın daha geniş strategiyasını əks etdirirdi: yalnız kişilər arasında elit nəticələrə yönəlmək əvəzinə, bütün bölmələr üzrə davamlı və dayanıqlı idmançı axını yaratmaq".

Ardınca 2019-2025-ci illər aralığında çimərlik güləşində Azərbaycan təmsilçilərinin beynəlxalq yarışlardakı nəticələrinə yer verilib:

"Azərbaycanın beynəlxalq arenada yüksəlişi 2019-cu ildə başlandı. Həmin il Oyan Nəzəriani Dünya Seriyasının ilk mövsümündə +90 kq-da titul qazanaraq həm "Big Gun" ləqəbini aldı, həm də ölkəsinin çimərlik güləşində ilk dünya çempionu kimi tarixə düşdü. Bu uğur ardıcıl nailiyyətlərin əsasını qoydu. 2022-ci ildə İbrahim Yusubov Rumıniyanın Konstantsa şəhərində keçirilən Dünya Seriyasının finalında 90 kq-da titul qazanaraq Azərbaycanın böyüklər arasında ikinci dünya çempionluğunu əldə etdi. Onun çıxışını 70 kq-da mütəmadi olaraq kürsüyə yüksələn Ramiz Həsənov tamamladı. O, 2022-ci ildə ümumi hesabda gümüş medal qazandı. İki il sonra isə 80 kq-da eyni uğuru təkrarladı. Bu nəticələr Azərbaycanı beynəlxalq səhnədə ciddi rəqib kimi təsdiqlədi. 2024-cü ildə Yusubov artıq dominant fiqura çevrilmişdi. O, ardıcıl Dünya Seriyası titullarını qazanaraq taktiki peşəkarlığı və soyuqqanlılığı ilə seçildi. Onun uğurları növbəti nəsil güləşçilərə – Vüsal Əliyev və Sahib Dadaşova ilham verdi və onlar da böyüklər arasında medal mübarizəsinə qoşulmağa başladılar. 2025 mövsümü isə indiyə qədər ən uğurlu dövr oldu. Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının finalında İbrahim titulunu qoruyaraq ardıcıl 4-cü dünya çempionluğuna imza atdı. Vüsal isə böyüklər arasında debüt mövsümündə 80 kq-da qızıl medal qazandı. Bu, komandanın tarixdəki ən güclü nəticələrindən birinə çevrildi.

Gənclər arasında da tarixi bir addım atıldı. Yunanıstanın Katerini şəhərində keçirilən U-17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) qızıl medal qazanaraq, Azərbaycan tarixində çimərlik güləşində ilk qadın dünya çempionu oldu. Bu turnirin nəticələri 2026 Gənclər Olimpiya Oyunları üçün kvotaların müəyyənləşdirilməsində də nəzərə alınacaq".

Son olaraq Azərbaycan Güləş Federasiyasının bu növdəki hədəflərindən söz açılıb. Oyan Nəzərianinin və İbrahim Yusubovun son qarşılanma mərasimi zamanı səsləndirdiyi fikirlərin də yer aldığı yazının son cümlələri belədir:

"AGF-nin növbəti hədəfi yarışlarda kişilər arasında tam heyətlə çıxış etməkdir. Federasiya paralel olaraq, qadınlar və gənclər üzrə inkişaf proqramlarını genişləndirir və bu istiqamətə xüsusi milli layihələrlə dəstək verir. Yusubovun mentorluq roluna keçidi, Nəzərianinin vaxtilə özü çıxış etdiyi komandaya rəhbərlik etməsi və Musayevanın yeni nəslin ən parlaq istedadlarından biri kimi yüksəlişi fonunda Azərbaycanın çimərlik güləşi bazası bu gün heç vaxt olmadığı qədər güclüdür".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər