top
Yekaterina Sariyeva İslam Həmrəyliyi Oyunlarına Hazırlaşır: İdman.biz-ə Müsahibə Idman.biz
17 oktyabr 2025, 11:50
- +

Yekaterina Sariyeva İslam Həmrəyliyi Oyunlarına Hazırlaşır: İdman.biz-ə Müsahibə

Cari il Azərbaycan atletikasının nümayəndəsi Yekaterina Sariyeva üçün olduqca gərgin və məhsuldar keçir. Üçtəkanla tullanma üzrə ölkə rekordçusu Avropa komanda çempionatının üçüncü divizionunda qələbə qazanıb, İstanbulda keçirilən turnirdə ikinci olub, yenidən ölkə çempionatının qalibi adını qazanıb. İndi isə o, artıq İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Atlet artıq bir dəfə təmsil olunduğu növ üzrə İslam Həmrəyliyi Oyunlarının bütün medallarını əldə edə bilib.

İdman.biz-in əməkdaşı onunla həm bu, həm də digər mövzular ətrafında söhbətləşib.

- Mövsümünüz kifayət uğurlu keçib. Ümumdünya Atletikasının statistikasına görə, siz bu il 18 dəfə start xəttinə çıxmısınız. İdman formanızdan və nəticələrinizdən razısınızmı?

- Bu mövsüm mənim üçün xüsusi idi. Çox şey yaşadım, amma məhz bu, mənə idmançı kimi özümü daha yaxşı tanımağa kömək etdi. Bəzi yarışlarda bütün potensialımı göstərə bilmədim, amma əvəzində inam və sabitlik qazandım. Tamamilə razı olduğumu deyə bilmərəm, çünki insan həmişə daha artığını istəyir. Amma inkişafı görürəm, bu da ən vacibidir.

- Noyabrda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Siz bu yarışlarda bir dəfə qalib gəlmisiniz. Ər-Riyaddan gözləntiləriniz necədir?

- Bu Oyunlar mənim üçün həmişə özəldir - orada xüsusi atmosfer və güclü rəqabət var. Artıq bu yarışlarda uğurlu çıxış təcrübəm olub və indi daha yüksək səviyyə göstərmək istəyirəm. Məqsədim sabit, keyfiyyətli tullanmalar və medallar uğrunda mübarizə aparmaqdır. Hazırda bütün diqqət hazırlıq prosesinə və nəticəni müəyyən edən xırda detalların üzərində cəmlənib.

- Hazırda üçtəkanla tullanma üzrə beynəlxalq standartlar necədir? Böyük turnirlərdə finala çıxmaq üçün orta hesabla hansı nəticə göstərilməlidir?

- Hazırda böyük beynəlxalq yarışlarda üçtəkanla tullanma üzrə standartlar çox yüksəkdir. Finala düşmək üçün sadəcə "sabit tullanmalar" kifayət etmir - nəticələr normativə çox yaxın olmalıdır. Yaxud ən azı 12 ən yaxşı arasında olacağına əmin olmalısan. Qadınlarda avtomatik final normativi 14,35 metrdir. Yaxşı şans qazanmaq üçün 14,50-14,70 metr aralığında nəticəyə can atmaq lazımdır. Mən hiss edirəm ki, bu səviyyəyə çata bilərəm - bundan sonra hər şey hazırlıq, start və yarış şəraitindən asılı olacaq.

- Mayda Tokioda keçirilən Qızıl Qran-Pridə çıxış etdiniz və yeddinci oldunuz. Lakin sentyabrda həmin şəhərdə keçirilən dünya çempionatında iştirak etmədiniz. Səbəb nə idi?

- Dünya çempionatında çıxış etməyi çox istəyirdim, amma biz qərara gəldik ki, bu mövsüm prioritet sağlamlıq və İslam Həmrəyliyi Oyunlarına keyfiyyətli hazırlıq olmalıdır. Dünya çempionatında iştirak etməməyimi itki kimi yox, strateji qərar kimi qəbul edirəm. Əminəm ki, növbəti beynəlxalq çıxışım daha güclü olacaq.

- Yekaterina Sariyevanın bir gününü təsvir edin. Gününüz hansı saatda başlayır, hansı məşqləri yerinə yetirirsiniz?

- Günüm tamamilə məşq ritminə uyğun qurulub. Adətən səhər 7:30–8:00 arası oyanıram. Yüngül isinmə və səhər yeməyindən sonra birinci məşqə gedirəm. Bu məşqlər adətən tullanmaların texnikası, sürətlənmələr və xüsusi qaçış tapşırıqlarını əhatə edir. Daha sonra bərpa prosesi, qidalanma və bəzən qısa istirahət olur.

Günün ikinci hissəsində növbəti məşq başlayır - bu, ya zalda güc və koordinasiya üzərində iş olur, ya da texniki hazırlıq. Ardınca mütləq bərpa prosesi gəlir: sauna, dartınma, masaj və ya buz vannası.

Axşamlar isə vaxtımı özümə ayırmağa çalışıram - kitab oxumaq, təhsil, sakit gəzinti və ya meditasiya. Günüm tamamilə idman ritmində keçir, amma həmişə yüklənmə və bərpa arasında balansı qorumağa çalışıram.

- Siz əsasən üçtəkanla tullanma üzrə çıxış edirsiniz, amma bəzən uzunluğa tullanma yarışlarında da iştirak edirsiniz. Bu iki növü birləşdirmək çətin deyilmi?

- Bəli, bəzən uzunluğa tullanma yarışlarında da çıxış edirəm. Əlbəttə, əsas növüm üçtəkanla tullanmadır, amma uzunluğa tullanma yaxşı əlavə hazırlıq sayılır. Bu, sürət, dinamika və xətti hiss etmək duyğusunu inkişaf etdirməyə kömək edir. Əlbəttə, hər ikisini birləşdirmək asan deyil, çünki texnika və qaçış ritmi bir qədər fərqlidir. Amma mən bu çətinliyi sevirəm. Bəzən belə yarışlar üçtəkanla tullanma üzrə performansımı da yaxşılaşdırır - fərqli hisslər yaşayırsan və bu, əsas növdə nəticələrə müsbət təsir edir.

- Ümumilikdə, son illərdə Azərbaycanda atletikanın inkişafını necə qiymətləndirirsiniz?

- Son illərdə irəliləyiş var. Yeni idmançılar yetişir, infrastruktur inkişaf edir - trenajor zalı təchiz olunub, yeməkxana tikilib, idman klublarının və uşaq qruplarının sayı artıb, məşqlərə və bərpaya diqqət artır. Əlbəttə, hələ görüləsi çox iş var - beynəlxalq arenada daha çox yarış, rəqabətin gücləndirilməsi, gənclərlə və məşqçi məktəbi ilə iş vacibdir. Amma ümumi inkişaf istiqaməti var və buna söykənmək mümkündür. Xüsusilə federasiya prezidenti Cavid Qurbanovun dəstəyini qeyd etmək istəyirəm - bu, həqiqətən irəliləyişə təkan verir.

- Gələcək planlarınız nələrdir? Sizi Olimpiadada görə biləcəyikmi və bunun üçün nə lazımdır?

- Ən yaxın planım mühüm beynəlxalq yarışlara hazırlaşmaq və nəticələrimi addım-addım yaxşılaşdırmaqdır. Olimpiada, təbii ki, hər bir idmançının arzusudur və mən də o məqsədə fokuslanmışam. Bunun üçün daim sabit və yüksək nəticələr göstərmək, texnika, güc və sürət üzərində işləmək lazımdır. Hazırda bütün diqqətimi bu prosesə yönəltmişəm və bu səviyyəyə hazır olmaq üçün hər şeyi edirəm.

Zəki Feyzullayev

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:12

Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi olaraq qalır

Futbol
Bu gün, 23:00

Qətər İsveçrə ilə qarşılaşır: DÇ-2026 B qrupu matçı

Futbol
Bu gün, 22:45

Braziliya Prezidenti mundialdan əvvəl milliyə müraciət edib

Güləş
Bu gün, 21:55

Olimpiya çempionu Toğrul Əsgərovun toy mərasimi keçirildi

Futbol
Bu gün, 21:41

Mançester Yunayted “Lill”in hücumçusu ilə maraqlanır

Formula 1
Bu gün, 21:26

Fernando Alonso: “Hazırda ən pis maşın və ən pis mühərrik bizdədir”

Güləş
Bu gün, 21:25

Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazandı

Futbol
Bu gün, 21:11

Martín Anselminin “Elçe”yə baş məşqçi təyin edilməsi

Futbol
Bu gün, 20:55

Alvaro Arbeloa “Fulhem”in baş məşqçisi olmağa yaxındır

Güləş
Bu gün, 20:40

Azerbaijan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıb

Futbol
Bu gün, 20:26

Mançester Yunayted Tayler Adamsı transfer etməyə çalışır

Gimnastika
Bu gün, 20:24

Bakı beynəlxalq gimnastika festivalı

Formula 1
Bu gün, 20:10

Corc Rassel Barselona-Kataloniya Qran-prisinin təsnifatında qalib gəlib

Gimnastika
Bu gün, 19:55

Azərbaycan atletika çempionatı: Sonuncu günün qalibləri belli olub

Futbol
Bu gün, 19:26

Qusar Rayon İcra Hakimiyyəti Şahdağ klubunu qəbul etdi

Formula 1
Bu gün, 19:15

Şarl Lekler Barselona Qran-prisinin təsnifatında qəzaya uğrayıb

Futbol
Bu gün, 19:00

Almaniya millisi DÇ-2026-nın 1/4 finalına çıxmağı uğur sayacaq

Futbol
Bu gün, 18:27

Qalatasaray İtaliya klubuna 35 milyon avro tələb edir

Cüdo
Bu gün, 18:15

Sumqayıtda keçirilən U-17 cüdoçuların region birinciliyi başa çatıb

Futbol
Bu gün, 17:59

Sabah İqor Noqeyra ilə yollarını ayırmağa yaxındır

Futbol
Bu gün, 17:39

Elgiz Kərəmli Premyer Liqada çalışacaq

Futbol
Bu gün, 17:28

Ukraynalı hücumçu İspaniya klubuna transfer oldu

Futbol
Bu gün, 16:59

Roma Paulo Dibalaya 2 illik müqavilə təklif edib

Futbol
Bu gün, 16:39

Braziliya azarkeşləri Nyu-Yorkda futbol bayramı təşkil ediblər

Oxşar xəbərlər