Noyabrın 7-də Xüsusi Olimpiya proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək.
İdman.Biz xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə "Ocaq Sport" klubunda baş tutacaq.
Yarışda atletlər öz bacarıqlarını nümayiş etdirəcək, idmanın birləşdirici gücü və Zəfər ruhu qeyd olunacaq.
Qeyd edək ki, yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil ediləcək.