top
Vladimir Şulik: III MDB Oyunlarında təxminən dörd medal qazanacağımıza ümid edirik Idman.biz
18 sentyabr 2025, 12:01
- +

Vladimir Şulik: III MDB Oyunlarında təxminən dörd medal qazanacağımıza ümid edirik

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Vladimir Şulik III MDB Oyunlarında təxminən dörd medal qazanacaqlarına ümid edir.

İdman.biz xəbər verirki, mütəxəssis bu barədə yarışın rəsmi saytına açıqlama verib.

O, yarışda 2009-cu il təvəllüdlü və daha böyük idmançıların iştirak edəcəyini xatırladıb: "Milli komandanın hazırlığı artıq yekunlaşmaq üzrədir, baxmayaraq ki, son heyət hələ formalaşır. Qızlarda dörd idmançı müəyyən edilib, oğlanlarda isə altı namizəd var ki, onlardan dördü yekun komandaya daxil olacaq. Hazırlıq plan üzrə gedir, bizim üçün bütün zəruri şərait yaradılıb".

Məşqçinin sözlərinə görə, qarşıdakı yarışların səviyyəsi yüksək olacaq: "Şəkiyə Rusiya və Belarusdan güclü rəqiblər gələcək, onların arasında ikiqat Olimpiya çempionu da var. Həmçinin Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin gimnastları da iştiraklarını təsdiqləyiblər. Yarışlar ən yüksək səviyyədə keçiriləcək. Bizim də öz liderlərimiz var. Xüsusilə, medal uğrunda mübarizə aparacaq Selcan Mahsudova. Qızlarda da, oğlanlarda da sinxron çıxışlarda yaxşı şanslarımız var. Turnir Azərbaycanda keçiriləcək, buna görə uğurlu nəticələrin qazanılması üçün əlimizdən qələni etməliyik. Təxminən dörd medal qazanacağımıza ümid edirik".

Şulikin qeyd edib ki, Azərbaycanda batut gimnastikası sürətlə inkişaf edir: "Batut gimnastikası ölkəmizdə cəmi təxminən 12 ildir inkişaf edir, amma artıq ciddi nailiyyətlər əldə olunub. Gimnastika Federasiyasının səyləri sayəsində, demək olar ki, sıfırdan məktəb yaradıldı və nəticədə ilk dəfə Azərbaycan idmançısı Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu uğur idmana böyük maraq yaratdı və gənclər arasında tanınmasını əhəmiyyətli dərəcədə artırdı. Əvvəllər bir çoxları batut gimnastikasının nə olduğunu belə bilmirdi, amma indi bu idman növünə maraq günü-gündən artır. Əminik ki, III MDB Oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcəklər".

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Qalatasaray "Real"dan Brahim Diazı almaq istəyir

Futbol
Bu gün, 18:19

Babək Quliyev UEFA Konfrans Liqasında görüşə hakim-inspektor təyin edilib

Futbol
Bu gün, 18:00

Argentina millisinin baş məşqçisi siyasi banner barədə xəbərsiz olduğunu açıqladı

Futbol
Bu gün, 18:00

Xames Rodriqes azad agent oldu

Güləş
Bu gün, 17:50

Azərbaycan qadın cüdo millisi Şamaxıda dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 17:28

Dünya çempionatlarında ən çox qol vuran və ötürmə edən futbolçular

Futbol
Bu gün, 17:08

„Şəfa“ futbol klubu qvineyalı müəllim ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 16:43

Fredi Varqas “Neftçi”yə transfer olub

Futbol
Bu gün, 16:11

"Neftçi" və "Qarabağ"ın oyunlarına görə metronun iş rejimi dəyişəcək

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Neftçini hədəfi Konfrans Liqasıdır

Futbol
Bu gün, 15:41

Lionel Skaloni Argentina millisinin siyasi bannerindən xəbərsiz olduğunu aydınlaşdırdı

Futbol
Bu gün, 15:40

Krisensio Summervillin gələcəyi ilə bağlı mübarizə

Futbol
Bu gün, 15:10

Neftçi Çempionlar Liqasına qələbə ilə başladı

Qarabağ FK
Bu gün, 15:00

Azərbaycan UEFA reytinqində əmsalını artırdı

Futbol
Bu gün, 14:40

İpsviç Lesterdən Əbdül Fatavunu transfer edib

Digər
Bu gün, 14:21

Azərbaycanın vinq çun komandası beynəlxalq turnirə hazırdır

Futbol
Bu gün, 14:00

Sabahın UEFA Çempionlar Liqasındakı ilk qələbəsi

Futbol
Bu gün, 13:50

Gilyermo Oçoa futbol karyerasını başa vurub

Futbol
Bu gün, 13:37

Timoteuş Puxaç: “Kiçik diqqətsizlik baha başa gələ bilər”

Futbol
Bu gün, 13:00

Neftçi” - “Dinamo” oyununa 5 min bilet satılıb

Futbol
Bu gün, 12:52

Neftçi FK-nin rəsmi saytı yenilənib

Futbol
Bu gün, 12:40

Belçika millisinin yeni baş məşqçisi Mark van Bommel olacaq

Basketbol
Bu gün, 12:21

Azərbaycan U-18 basketbol millisinin Avropa çempionatında oyun cədvəli açıqlanıb

Güləş
Bu gün, 12:16

Azərbaycan güləşçiləri U-17 dünya çempionatına hazırlaşır

Oxşar xəbərlər