top
Viktoriya Barışeva: Azərbaycanda fiqurlu konkisürmənin inkişafında əsas problem mütəxəssislərdir Idman.biz
31 yanvar 2026, 12:20
- ↺ +

Viktoriya Barışeva: Azərbaycanda fiqurlu konkisürmənin inkişafında əsas problem mütəxəssislərdir

Viktoriya Barışeva Sankt-Peterburqdan olan sabiq fiqurlu konkisürəndir. Hazırda o, Azərbaycanda uşaqlar və yeniyetmələrlə çalışır. Barışeva eyni zamanda Azərbaycan millisinin üzvü Səbinə Əliyevanın məşqçisidir. O, 1994-cü il Olimpiya çempionu Aleksey Urmanovun yetirməsi, idman ustalığına namizəd və hakimdir.

Məşqçi İdman.Biz-ə verdiyi müsahibədə Azərbaycanda fiqurlu konkisürmənin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

- Azərbaycanda uşaqlar fiqurlu konkisürməyə nə dərəcədə maraq göstərirlər?

- Təəssüf ki, uşaqlar hələlik bizə o qədər də çox yazılmırlar. Əsas axın yeniyetmələrdir. Onları isə gələcək peşəkarlar kimi dəyərləndirmək çətindir. Ciddi idman üçün ideal başlanğıc yaşı 3-4, maksimum isə 6 yaşdır. Bu yaş kateqoriyasından olan uşaqlar passiv şəkildə gəlirlər. Bununla belə, biz həvəskar səviyyəni də inkişaf etdiririk, yarışlar keçirməyi və ümid edirəm ki, startlara yollanmağı planlaşdırırıq.

- Sizcə, balaca uşaqlar niyə fiqurlu konkisürməyə az gəlirlər?

- Valideynlər bir qədər ehtiyat edirlər: elə düşünürlər ki, bu təhlükəlidir, uşaqlar tez-tez xəstələnə bilərlər. Amma narahat olmağa dəyməz. Biz, məşqçilər, balacalarla işləməkdə böyük təcrübəyə malikik. Üstəlik, fiqurlu konkisürmə sağlamlıq üçün faydalıdır: orqanizm daimi, lakin komfortlu soyuqda möhkəmlənir.

- Digər idman növlərindən olan idmançıların cəlb edilməsi variantını nəzərdən keçirirsinizmi?

- Bəli, əgər yaş baxımından çox gec deyilsə. Rusiyada belə bir təcrübəm olub: iki qız idman gimnastikasından sonra gəlmişdi - onlar sadəcə möhtəşəm, çox yaxşı hazırlıqlı idmançılar idilər. Bədii və idman gimnastikasından sonra gələn uşaqlar tez-tez əla nəticələr göstərirlər.

- Uşağı məşqlərə qəbul edərkən fiziki göstəricilərə diqqət yetirirsinizmi?

- Uşaq çox balaca olanda hansısa göstəricilərdən danışmaq çətindir. Amma yenə də ayaq biləklərinin, oynaqların işi görünür. Daha çevik, daha tullanışlı uşaqlar olur. Boy da rol oynaya bilər: adətən, fiqurlu konkisürənlər üçün bir qədər alçaqboylu olmaq daha rahatdır. Amma hündürboy idmançılar da dünya arenasında uğurla çıxış edirlər. Ən vacib amil isə zəhmətkeşlik, idmana sevgi və uşağın, eləcə də valideynlərin marağıdır.

- Uşaqlar tullanmaları nə qədər tez öyrənirlər?

- Hər şey uşaqdan və yaşdan asılıdır: kiməsə yarım il, kiməsə bir il lazımdır. Məsələn, dörd yaşında gələn bəzi balacalar mövsümün sonuna qədər artıq iki yüngül tullanmanı yerinə yetirirdilər. Bir idman mövsümü ərzində - sentyabrdan maya qədər - bunu öyrənmək tam realdır.

- Fiqurlu konkisürənlərin əlavə olaraq gimnastika ilə məşğul olması vacibdirmi?

- Əlbəttə. Biz həmkarımla hesab edirik ki, zalda hazırlıq buz üzərindəkindən də çox olmalıdır. Buzdan kənar məşqlər zamanı güc, dözümlülük və digər əsas keyfiyyətlər inkişaf etdirilir. Ümumi və xüsusi fiziki hazırlıq, tullanmalar, fırlanmalar, mövqelər, statik hərəkətlər. Xoreoqrafiya mütləqdir – klassik, həmçinin rəqslər. Gələcəkdə çimərliklərə gedib qum üzərində məşq etməyi də planlaşdırırıq, bu, ayaqlar üçün çox faydalıdır.

- Siz valideynlərin məşqlərdə iştirakına icazə vermirsiniz. Bu nə ilə bağlıdır?

- Biz bunu uşaqların diqqətinin yayınmaması və valideynlərin məşq prosesinə həddindən artıq müdaxilə etməməsi üçün edirik. Əlbəttə, onlar prosesə cəlb olunmalıdırlar, amma məşqçilərə və uşaqlara lazımsız təzyiq başlayanda komandada sağlam olmayan rəqabət yaranır. Təəssüf ki, bununla artıq qarşılaşmışıq və buna görə də bu problemi aradan qaldırmağa çalışırıq.

- Azərbaycanda fiqurlu konkisürmənin inkişafı üçün nə çatışmır?

- Əsas problem mütəxəssislərdir. Yaxşı məşqçilər adətən artıq digər ölkələrdə çalışırlar. Fiqurlu konkisürməyə ürəkdən bağlı, bu idman növünü Azərbaycanda inkişaf etdirmək istəyən insan tapmaq lazımdır. Əvvəllər Bakıda sadəcə konkisürməyi öyrənib özünü məşqçi adlandıran, pul alan və mahiyyət etibarilə valideynləri və uşaqları aldadan çoxlu insanlar var idi. Bizim bəzi yetirmələrimizi demək olar ki, sıfırdan yenidən öyrətmək lazım gəlirdi. Lakin buz arenasının rəhbərliyinin sayəsində bu cür "mütəxəssislər" uzaqlaşdırıldı.

Maarifləndirmə və reklam da yetərli deyil. Məktəblərdə və uşaq bağçalarında açıq dərslər keçirmək, fiqurlu konkisürmə haqqında danışmaq, bunun həm gözəl, həm də təhlükəsiz idman növü olduğunu izah etmək ideal olardı. Azərbaycanda bədii gimnastika populyardır. Amma fiqurlu konkisürmə də zərif, eyni zamanda çoxşaxəli idman növüdür. Yanımıza oğlanlar da gələ bilərlər, onlar üçün çox cəsarətli proqramlar qurmaq mümkündür. Hazırda cəmi iki oğlanımız var – biri azərbaycanlı, digəri isə burada doğulmuş yaponiyalıdır. Əlbəttə, onların sayının artmasını istərdik.

- Hazırda azərbaycanlı fiqurlu konkisürənlər arasında texniki baxımdan ən yaxşı təchiz olunan kimdir?

- Vladimir Litvintsev. O, milli komandanın üzvüdür və dördqat tullanmaları yerinə yetirir.

- Siz Səbinə Əliyevanı məşq etdirirsiniz. Onun "Bosphorus Cup" turnirindəki son çıxışını (137,22 xal, altıncı yer) necə dəyərləndirirsiniz?

- Qısa proqramda o, pis çıxış etmədi, amma sərbəst proqramda hələlik fiziki dözümlülük çatışmır. Səbinənin zədəsi olmuşdu. Hazırda üçqat kaskadları aktiv şəkildə bərpa edirik ki, növbəti mövsümdə artıq beynəlxalq arenada rəqabət apara bilsin.

- Sonda, dünya fiqurlu konkisürməsindəki trendlər barədə nə düşünürsünüz və hansı idmançıları fərqləndirə bilərsiniz?

- Sevindirici haldır ki, amerikalı fiqurlu konkisürən İlya Malininin sayəsində dünya fiqurlu konkisürməsi yerində saymır: o, dördqat aksel yerinə yetirir, ultra-si elementlər isə demək olar ki, adi hala çevrilir. Bununla yanaşı, xoreoqrafiyaya, sürüşməyə, proqramların ideyasına daha çox diqqət yetirilir – xoreosekvensiyalar mürəkkəbləşir, musiqi daha maraqlı olur.

Kişilər arasında hazırda, əlbəttə ki, İlya Malinin seçilir, yaponlar isə ənənəvi olaraq güclüdürlər. Qadınlar arasında isə rusiyalı fiqurlu konkisürənlərə hələ ki, rəqib tapılmır. Amma Gürcüstanı təmsil edən Anastasiya Qubanova mənim çox xoşuma gəlir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Oxşar xəbərlər