top
Tofiq Əliyevdən sensasiyalı hərəkət: Bu fəndi yuxuda görmüşdüm Idman.biz
11 sentyabr 2025, 20:37
- +

Tofiq Əliyevdən sensasiyalı hərəkət: "Bu fəndi yuxuda görmüşdüm"

"Düşünmürəm ki, etdiyim fənd növbəti 20-30 ildə təkrarlansın".

İdman.biz xəbər verir ki, bunu Oxu.Az-a Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında yerinə yetirdiyi inanılmaz elementlə gümüş mükafata sahib çıxan, adından söz etdirən azərbaycanlı gimnast Tofiq Əliyev deyib.

"Yarışda qızıl medal qazananda daha çox danışılmaq nəyə desən, dəyər, amma qızıl medala dəymir. Qızıl yox, gümüş medal qazandım. Lakin bu hərəkətlə bir çox tamblinq həvəskarlarının sevimlisi oldum. Bu hərəkətdən sonra tamblinq həvəskarları Beynəlxalq Olimpiya Komitəsinin rəsmi "Instagram" səhifəsinə hücum çəkdilər ki, tamblinq nəyə görə hələ də olimpiya idman növü sayılmır?", - Əliyev bildirib.

İdmançı qeyd edib ki, valideynlərinin qərarı ilə bir vaxtlar güləşlə məşğul olsa da, sonra öz qərarı əsasında gimnastikaya qayıdıb.

"Daha çox medal qazanmaq istəyirəm. amma ondan da çox bir neçə element var ki, onları etmək istəyirəm. Ondan sonra karyeramı rahat başa vura bilərəm. Və təbii fərdi yarışlarda Avropa və dünya qızıl medallarını qazanmaq istəyirəm", - Əliyev əlavə edib.

Gimnast hazırda bir neçə idman növü ilə mşğul olduğunu deyib. Onların arasında boks, güləş, tennis və futbol da var: "Tamblinqdən sonra yəqin ki, o növlərdə peşəkar olmayacağam. Amma bütün idman növlərinə həvəs göstərirəm".

O, gələcəkdə tamblinq üzrə milli komandanın məşqçisi olmaq arzusunu da gizlətməyib.

Əliyev Çində yerinə yetirdiyi və son günlər sosial şəbəkələrdə geniş yayılmış element barədə də danışıb: "Məni tanıyanlar bilir ki, bəzən inanılmaz yuxular görürəm. Sonra onları reallaşdırmağa çalışıram. Bu da onlardan biri idi. İndiyə qədər yuxuda tamblinq barədə gördüyüm hər şey reallığa çevrilib. Yarışdan haradasa 3 ay əvvəl bu etdiyim hərəkəti yuxumda gördüm. Ertəsi gün köməkçi məşqçi Rahib Əliyevlə qərara aldıq ki, bunu yoxlayaq. Baş məşqçi onda iclasda idi. Birinci cəhd uğursuz oldu. İkincidə isə ayaqüstə düşdüm. Sonradan Dünya oyunlarında finala adladıqdan sonra "niyə də yox" dedik. Mən bu barədə qərarımı məşqçiyə bildirəndə, onunla zarafat etdiyimi fikirləşdi. Sonradan danışığımız ciddiləşdi və bu hərəkəti etdim".

İdmançı yaxın 20-30 ildə bu hərəkəti kiminsə təkrar edəcəyinə inanmır: "Çox riskli hərəkətdir".

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:07

"Kəpəz" Yaponiyalı Oyunçu ilə Vidalaşdı

Digər
Bu gün, 19:52

İtaliyada idman jurnalisti qətlə yetirilib

Futbol
Bu gün, 19:28

Per Mertezaker Almaniyaya yeni vəzifədə qayıdır

Futbol
Bu gün, 19:21

Neymar komanda ilə oyun olmayan gün poker turnirində iştirak edib

Futbol
Bu gün, 18:59

Beşiktaş Riçarlisonu heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 18:51

Real Madrid Franko Mastantuononun icarəyə verilməsi üçün danışıqlar aparır

Futbol
Bu gün, 18:50

"Kəpəz" Ryonosuke Ohori ilə vidalaşdı

Futbol
Bu gün, 18:29

Qalatasaray "Real"dan Brahim Diazı almaq istəyir

Futbol
Bu gün, 18:19

Babək Quliyev UEFA Konfrans Liqasında görüşə hakim-inspektor təyin edilib

Futbol
Bu gün, 18:00

Xames Rodriqes azad agent oldu

Futbol
Bu gün, 18:00

Argentina millisinin baş məşqçisi siyasi banner barədə xəbərsiz olduğunu açıqladı

Güləş
Bu gün, 17:50

Azərbaycan qadın cüdo millisi Şamaxıda dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 17:28

Dünya çempionatlarında ən çox qol vuran və ötürmə edən futbolçular

Futbol
Bu gün, 17:08

„Şəfa“ futbol klubu qvineyalı müəllim ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 16:43

Fredi Varqas “Neftçi”yə transfer olub

Futbol
Bu gün, 16:11

"Neftçi" və "Qarabağ"ın oyunlarına görə metronun iş rejimi dəyişəcək

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Neftçini hədəfi Konfrans Liqasıdır

Futbol
Bu gün, 15:41

Lionel Skaloni Argentina millisinin siyasi bannerindən xəbərsiz olduğunu aydınlaşdırdı

Futbol
Bu gün, 15:40

Krisensio Summervillin gələcəyi ilə bağlı mübarizə

Futbol
Bu gün, 15:10

Neftçi Çempionlar Liqasına qələbə ilə başladı

Qarabağ FK
Bu gün, 15:00

Azərbaycan UEFA reytinqində əmsalını artırdı

Futbol
Bu gün, 14:40

İpsviç Lesterdən Əbdül Fatavunu transfer edib

Digər
Bu gün, 14:21

Azərbaycanın vinq çun komandası beynəlxalq turnirə hazırdır

Futbol
Bu gün, 14:00

Sabahın UEFA Çempionlar Liqasındakı ilk qələbəsi

Oxşar xəbərlər