top
Tofiq Əliyev: Qələbələr ruhumu qidalandırır - Tamblinq üzrə müsahibə Report.az
14 oktyabr 2025, 16:00
- ↺ +

Tofiq Əliyev: Qələbələr ruhumu qidalandırır - Tamblinq üzrə müsahibə

Gimnastikanın tamblinq növü üzrə yarışlarda Azərbaycanı layiqincə təmsil edən Tofiq Əliyev "Report"a müsahibə verib. İdmançı Çində keçirilən dünya oyunlarında tarixi nailiyyətə imza atmasından və gələcək hədəflərindən söz açıb. O, həmçinin "Qarabağ" futbol klubunun azarkeşi olduğunu və oyunlarını stadiondan canlı izlədiyini deyib.

- Gimnastikaya gəlişiniz necə olub?

- Bu, uşaqlıqdan yaranan həvəs olub. Valideynlərim uşaq vaxtı hərəkətli olduğum üçün məni gimnastikaya yazdırıblar. Zalda vaxt keçirdikcə idmana sevgim və marağım daha da artdı.

- Başqa hansı idman növlərinə marağınız var?

- Demək olar ki, rəqabətin olduğu bütün idman növlərinə marağım var. Ümumiyyətlə, idman həyatımın bir parçasına çevrilib. Daha çox futbol və güləşi sevirəm. Adını çəkdiyim növlər hər zaman diqqətimi cəlb edib.

- Futboldan söz düşmüşkən, hazırda ölkədə çox populyar olan "Qarabağ" futbol komandasının oyunlarını izləyirsiniz?

- Əlbəttə. "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la oyununu stadiondan canlı izləmişəm. Sevincimdən o qədər qışqırmışdım ki, ertəsi gün səsim tutulmuşdu. "Qarabağ" futbol komandası ölkəmizin rəmzlərindən biridir. Əsas mərhələdə səfərdə "Benfika" üzərində qələbədən sonra portuqaliyalı dostlarım məni təbrik etdilər. Ardınca "Kopenhagen"lə oyundan sonra danimarkalı dostlarımdan təbrik mesajları almağa başladım.

- Çində keçirilən dünya oyunlarında tamblinq üzrə yarışda tarixi nailiyyətə imza atdınız. Tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək gümüş medala sahib çıxdığınız. Təəssuratlarınızı bölüşərdiniz...

- Mən fərqlilikləri sevirəm. Fərqli bir addım atdım və bu uğurlu oldu. Verdiyim qərarla qürur duyuram. Həm medal qazanıb bayrağımızı yüksəltdim, həm də fərqli bir tarix yazdım. Lakin indi növbəti yarışlara köklənmişəm. Kombinasiyanın əvvəlini mürəkkəbləşdirib bir daha hamını təəccübləndirmək istəyirəm.

- Belə bir nailiyyətə imza atacağınızı gözləyirdiniz?

- Əlbəttə, ümumiyyətlə, yarışın səviyyəsindən asılı olmayaraq, həmişə məqsədim birincilikdir. Qələbələr ruhumu qidalandırır.

- 21 yaşınız var, hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Yaş mənim üçün sadəcə bir rəqəmdir və hələlik gördüyüm işdən həzz alıram. Medallara acam. Ağlımda bir neçə yeni element və kombinasiya var.

- Tamblinq növündə çox uğurlusunuz. Bu növün olimpiadada olmaması sizə necə təsir edir?

- İdmanın pik nöqtəsi Olimpiya Oyunlarıdır. Əlbəttə, tamblinqin olimpiya idman növü olmaması bizi məyus edir. Amma çox istərdim ki, bir gün tamblinq olimpiya idman növü olsun. Məncə, tamblinq dənizin dərinliyindəki mirvaridir – tapılmasını gözləyir.

- Azərbaycanda tablinq ilə məşğul olan istedadlı idmançılar mövcuddur?

- Komanda hesabında dünya və Avropa çempionuyuq. Bizim komandamıza "Qızıl Komanda" deyirlər. Kapitan Mixail Malkin, Adil Hacızadə, Bilal Qurbanov və mən hər zaman titul mübarizəsində ön planda oluruq. Gənclərdə isə Aleksey Karataşov və Hüseyn Əsədullayev dünya çempionatında 17–21 yaş kateqoriyasında yarışacaqlar, ümidim böyükdür. Daha aşağı yaş qruplarında isə Sənan Rzazadə bu il 11–12 yaş kateqoriyasında gənclər arasında dünya çempionatında ilk dəfə yarışacaq. "Sükan"ı belə saxlasa, əminəm ki, gələcəkdə çox böyük idmançı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər