top
Selcan Mahsudova: Dizimlə bağlı problemlərə baxmayaraq, Dünya Çempionatında qalmaq və gümüş medala uzanmaq mümkün olduğunu isbat etdim Idman.biz
Dünən, 15:44
- ↺ +

Selcan Mahsudova: "Dizimlə bağlı problemlərə baxmayaraq, Dünya Çempionatında qalmaq və gümüş medala uzanmaq mümkün olduğunu isbat etdim"

Azərbaycanın batut gimnastikası üzrə millisinin üzvü Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, qardaşı Maqsud Mahsudovla birlikdə qarışıq sinxron tullanışlarda gümüş medal qazanan və fərdi yarışda altıncı yeri tutan idmançı sosial şəbəkə hesabında uğura gedən yolda üzləşdiyi çətinliklərdən danışıb.

"Bu, inanılmaz hissdir! Hətta nə deyəcəyimi bilmirəm, çünki bu emosiyaları təsvir etməyə söz çatmaz. Biz bu nəticəyə çatmaq üçün uzun yol keçmişik. Çoxlu çətinliklər, zədələr və psixoloji maneələr olub. Amma hər şeyə baxmayaraq, bacardıq! Bu, sadəcə, gümüş medal deyil, zəhmətimizin nəticəsidir. Ötən il bürünc medal qazanmışdıq, bu il isə nəticəmizi hər mənada yaxşılaşdırdıq. Qarışıq sinxron tullanışlarda ən yüksək çətinlik əmsalını nümayiş etdirdik! Ölkəmizin batut gimnastikası tarixini yazmağın necə gözəl hiss olduğunu təsəvvür edə bilməzsiniz", - deyə Mahsudova bildirib.

İdmançı fərdi yarışlarda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlməsindən də danışıb. Onun sözlərinə görə, sinxron və fərdi çıxışlarda eyni proqramı yerinə yetirsə də, bu yarışlar xüsusilə psixoloji baxımdan bir-birindən ciddi şəkildə fərqlənir.

"Bütün il ərzində dünya kuboklarının yarımfinallarında uğursuz çıxış edirdim. Yarımfinal mənim üçün böyük psixoloji maneəyə çevrilmişdi. Yalnız Avropa çempionatında yarımfinalda yaxşı çıxış edə bilmişdim. İndi isə uğurlu yarımfinallarımın sırasına dünya çempionatını da əlavə etdim. Hər şey ideal olmasa da, bu çıxış sayəsində yenidən finala yüksəldim", - deyə gimnast vurğulayıb.

Selcan Mahsudova dünya çempionatına hazırlıq dövründə səhhətində problemlər yarandığını da açıqlayıb:

"Çoxlarının bildiyi kimi, dizimdən iki dəfə əməliyyat olunmuşam. İlin ən vacib yarışından əvvəl Almaniyada keçirilən Dünya Kubokunda ağrılar yenidən özünü göstərdi. Məni yarışlardan, hətta dünya çempionatından kənarlaşdırmaq barədə söhbətlər gedirdi. Məqsəd Olimpiya Oyunlarının təsnifat ili üçün sağlamlığımı qorumaq idi. Amma mən bacardım! Bu, peşəkar idmandır və burada zədələrdən qaçmaq mümkün deyil. Belə vəziyyətlərlə dəfələrlə üzləşmişəm. Bədənimin müxtəlif nahiyələrində ağrı hiss etmək mənim üçün sürpriz deyil".

Selcan Mahsudova sonda millinin baş məşqçisi Vladimir Şulikinə, Azərbaycan Gimnastika Federasiyasına, qardaşı Maqsud Mahsudova və tibbi heyətə təşəkkürünü bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Oxşar xəbərlər