top
Ruslan İrqaşev: “Simonov karyerasının zirvəsinə yüksəlib” İdman.biz
30 aprel 2024, 09:49
- ↺ +

Ruslan İrqaşev: “Simonov karyerasının zirvəsinə yüksəlib”

"Nikita Simonov demək olar ideal görünürdü. Yəqin ki, bu, onun karyerasının ən yaxşı çıxışı idi".

İdman.biz xəbər verir ki, bunu idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Ruslan İrqaşev deyib.

O, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində Riminidə keçirilən Avropa çempionatında gümüş medal qazanan Nikita Simonovun tarixi nailiyyətini qiymətləndirib: "O, çalışırdı və bütün proqramı yerinə yetirdi. Dohada bəxtimiz gətirmədi ki, Olimpiadaya lisenziya qazanaq. İdmanda belə də olur. Deməli nəyi isə lazım olduğu kimi etməmişik. Çalışmağa davam edəcəyik. Avropa çempionatında Simonov çox yaxşı görünürdü, qızıla layiq idi. Amma biz olimpiya çempionu Elefterios Petruniasla mübarizə aparırdıq ki, rəqib də 7-ci dəfə Avropa qızılını qazandı. Burada insan faktoru da rol oynayır. Nikita gümüş əldə etdi. Amma əminəm ki, gələcəkdə Avropa çempionatında daha yüksək əyarlı medal üçün mübarizə aparacaq".

İrqaşev idmançının ən yüksək formasında olduğunu bildirib: "Bizim Olimpiada üçün xüsusi hazırlıqlar var idi. O, pik səviyyəyə çatıb və lisenziya qazansaydı, olimpiya medalı qazanmaq üçün daha da artıracaqdı".

Baş məşqçi yığmanın durumuna da toxunub: "Mənsur Səfərov, Rəsul Əhmədzadə kimi gənclər var. Onlar tədricən liderlərə yaxınlaşırlar. Amma onlar hələ çox çıxış etməli və təcrübə toplamalıdırlar. Ümid edirəm ki, zaman keçdikcə yaxşı səviyyəyə yüksələcəklər".

Mütəxəssis qarşıdakı planlara da aydınlıq gətirib: "Yəqin ki, Nikita Simonov və İvan Tixonov indi istirahət edəcəklər. Onlar artıq 7 yarışa qatılıblar. Bu, çoxdur və idmançılar bərpa olunmalıdırlar. Gənclər isə yəqin ki, mayda dünya kubokuna yollanacaqlar".

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Oxşar xəbərlər