top
Ramil Quliyev: Fənərbağçada uzunmüddətli, güclü atletika sistemi qurmaq məqsədimdir - MÜSAHİBƏ Idman.biz
23 fevral 2026, 17:15
- ↺ +

Ramil Quliyev: "Fənərbağça"da uzunmüddətli, güclü atletika sistemi qurmaq məqsədimdir - MÜSAHİBƏ

"Müqavilə uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Çünki bu cür layihələr zaman və sistemli yanaşma tələb edir".

Bunu "Fənərbağça" İdman Klubunun Atletika Departamentinin rəhbəri təyin olunan azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bu yaxınlarda Türkiyənin "Fənərbağça" İdman Klubunun Atletika Departamentinin rəhbəri təyin edildiniz. Bununla bağlı fikirləriniz maraqlıdır.

- Bu mənim üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. "Fənərbağça" zəngin tarixə və böyük ambisiyalara malik klubdur. Mənim üçün əsas məqsəd onun inkişafına töhfə vermək, güclü sistem qurmaq və hər səviyyədə idmançıların inkişafı üçün şərait yaratmaqdır.

- Əsas planlarınız nədən ibarət olacaq?

- Əsas məqsəd uşaq idmanından elit səviyyəyə qədər dayanıqlı hazırlıq sistemi qurmaqdır. Elmi yanaşmanı gücləndirmək, infrastrukturu inkişaf etdirmək, məşqçi heyətinin səviyyəsini artırmaq və klubun beynəlxalq mövqelərini möhkəmləndirmək əsas prioritetlərimizdir.

- Sizinlə imzalanan müqavilənin detalları açıqlanmayıb. Maraqlıdır, sözləşmə neçə illik nəzərdə tutulub?

- Müqavilə uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Çünki bu cür layihələr zaman və sistemli yanaşma tələb edir. Əsas diqqət dayanıqlı inkişaf və gələcək nəticələrə yönəlib.

- Bu klubda adınızı əfsanəyə çevirmək məqsədiniz varmı?

- Mənim əsas məqsədim klub üçün faydalı olmaq və sistemi inkişaf etdirməkdir. Əgər gördüyümüz iş nəticəsində idmançılar qalib gəlirsə, klub daha da güclənirsə, bu, ən böyük nailiyyət olacaq.

- Hazırda atletika departamentində hansı əskikliklər var?

- Hər böyük strukturda olduğu kimi inkişaf üçün istiqamətlər var. Məsələn, infrastrukturun gücləndirilməsi, idman elminin daha da inkişafı, gənc idmançı bazasının genişləndirilməsi və daxili proseslərin optimallaşdırılması və sair. Bu istiqamətlərdə artıq aktiv iş aparılır.

- Türkiyə atletika idman növünün hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Türkiyənin böyük potensialı və istedadlı idmançıları var. Son illərdə irəliləyiş nəzərə çarpır, lakin dünya səviyyəsində sabit rəqabət üçün hazırlıq sisteminə, məşqçilərə və elmi dəstəyə investisiyaların davam etməsi vacibdir.

- Klubun azarkeşlərinə və atletika ictimaiyyətinə mesajınız nədir?

- Biz klub və ölkə üçün qürur gətirəcək müasir və güclü sistem qururuq. Azarkeşlərin dəstəyi idmançılar üçün böyük motivasiyadır və inanıram ki, birlikdə uğurlara imza atacağıq.

- "Fənərbağça"ya azərbaycanlı atletlər cəlb etməyi planlaşdırırsınız?

- Biz beynəlxalq əməkdaşlığa açığıq. Klubun səviyyəsinə uyğun və sistemimizdə inkişaf etməyə hazır olan yüksək səviyyəli idmançılar olarsa, belə imkanları mütləq nəzərdən keçirə bilərik.

- Məşqçi kimi Azərbaycan Atletika Federasiyasından təklif almışdınız?

- Bu günə qədər federasiya tərəfindən rəsmi əməkdaşlıq təklifi daxil olmayıb, lakin mən hər zaman dialoqa və idmanın inkişafına açığam.

- Gələcəkdə Azərbaycan atletikasına töhfə vermək planlarınız varmı?

- Azərbaycan mənim idman həyatımın vacib hissəsidir və idmanın inkişafına, təcrübə mübadiləsinə, gənc idmançıların dəstəyinə yönəlmiş layihələrdə iştirak etməyə hər zaman açığam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Oxşar xəbərlər