top
Qəbələdə bədii gimnastika üzrə bölgələrarası kubokda iştirakçı sayı açıqlanıb İdman.biz
05 iyul 2024, 10:53
- ↺ +

Qəbələdə bədii gimnastika üzrə bölgələrarası kubokda iştirakçı sayı açıqlanıb

İyulun 9-da Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçiriləcək.

İdman.biz xəbər verir ki, Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 gimnast məharətini göstərəcək.

Kubokda iştirakçılar arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksi yer alacaq.

Yarışda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək.

Ötən il Lənkəranda təşkil olunan bölgələrarası kubokla müqayisədə bu il iştirak edən idman cəmiyyətləri və idmançıların sayında əhəmiyyətli dərəcədə artım nəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusən gimnastikaya marağın artırılması istiqamətində gördüyümüz işlər öz nəticəsini verir.
Qeyd edək ki, yarış saat 10:00-da başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Oxşar xəbərlər