top
Qarabağın keçmiş futbolçusu: Qızımın yarışlarına baxanda çox həyəcanlanıram - MÜSAHİBƏ Idman.biz
08 may 2025, 18:44
- ↺ +

"Qarabağ"ın keçmiş futbolçusu: "Qızımın yarışlarına baxanda çox həyəcanlanıram" - MÜSAHİBƏ

Azərbaycan millisinin, "Qarabağ"ın sabiq futbolçusu Rauf Əliyev və onun gimnast qızı Elisa Əliyevanın AZƏRTAC-a müsahibəsi

- Ailənizdə sizdən başqa idmanla məşğul olan var?

- R.Ə: Bəli, Elisa ilə yanaşı, böyük qızım da idmanla məşğul olur. Voleybolçudur. Lakin hələ yeni başlayıb. Hazırda Alla Həsənovanın rəhbərliyi altında "Azərreyl" klubunda çıxış edir. Ən balaca qızımda da idmana həvəs var. Onun da gələcəkdə hansı növü seçəcəyi maraqlıdır.

- Gimnastikaya necə başladınız? Yəqin ki, idmançı olmaqda ilk növbədə atanızdan ilham almısınız...

- E.Ə: Gimnastika yarışlarını daim izləyirdim. Bu idman növünə həvəsim böyük idi. Lakin ailəm məni üzgüçülüyə yazdırmaq üçün apardı. Sadəcə, yaşım çatmadığına görə sevdiyim idman növü olan gimnastikaya getməyə başladım.

- Ümumiyyətlə, ailənizdə idmana maraq və sevgi necə formalaşıb?

- R.Ə: Düşünürəm ki, bu sevginin formalaşmasında mənim rolum daha böyükdür. Öz övladlarımla yanaşı, qardaşımın uşaqları da idmanla məşğul olurlar. Onların arasında da futbol oynayanlar, voleybola gedənlər var.

- E.Ə: Gimnastikaya yazılanda atam mənə çox dəstək oldu. Dedi ki, əgər istəyirsənsə, səni sevə-sevə məşqlərə apararıq.

- Bir ata kimi, qızınızın idmançı karyerasında onunla ən çox fəxr etdiyiniz an hansı olub?

- R.Ə: Ən böyük uğuru Quba şəhərində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" turnirində qızıl medal qazanması olub. Qızımın bu nəticəsinə görə çox xoşbəxt olmuşdum.

- Qızınızın yarışlarına baxanda hansı hissləri keçirirsiniz?

- R.Ə: Vaxtilə futbol oynasam, indi isə məşqçi işləsəm də, Elisanın yarışlarında çox həyəcan keçirirəm. Hətta bəzi yarışlarını bu səbəbdən izləyə bilmirəm. Amma vaxt tapdıqca çalışıram ki, zalda ona dəstək olum.

- Elisanın hansı idman uğurları var və ən böyük hədəfi nədir?

- R.Ə: Gürcüstan, Türkiyə, Rusiyada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında olub. Şəhər və respublika çempionu olub. Yaxın gələcəkdə milli komandaya seçilmək şansı var. Fikrimcə, onun ən böyük uğuru bu olacaq. Bildiyiniz kimi, gimnastika ilə məşğul olan idmançılar karyeralarını daha erkən bitirirlər. Elisa da mənim kimi məşqçi olmaq istədiyini deyib.

- E.Ə: Hədəfim bütün beynəlxalq yarışlarda medal qazanmaqdır. Amma hər bir idmançı kimi mən də Olimpiya Oyunlarında qızıl medal əldə etmək istəyirəm. Bu, karyeramın ən böyük uğuru olar.

- Bəs, kumiriniz varmı?

- E.Ə: Bəli, var. Ukraynalı Taisiya Onofriyçuk, italiyalı Sofiya Raffaeli və almaniyalı Darya Varfolomeyevin adını çəkə bilərəm. Taisiya ilə Sofiya Bakıda keçirilən beynəlxalq yarışda medalçılar sırasında yer alıblar. Hətta onlarla söhbətim də olub.

- Atanızın da idmançı olması sizə necə təsir edir? Motivasiya verir, yoxsa əksinə, təzyiq hiss edirsiniz?

- E.Ə: Xoşbəxtəm ki, mənin atam idmanla məşğul olur. Ailədə hər kəs idmanı sevir. Bu da yarışlar zamanı mənə müsbət təsir edir.

- Atanızı tribunada görəndə hansı hissləri keçirirsiniz?

- E.Ə: O, hər dəfə məşqlərimə gələ bilmir. Çünki akademiyada işləri çox olur. Lakin atamı tribunada görəndə özgüvənim artır.

- Keçmiş futbolçu Rauf Əliyevin qızı olmaq sizə hansı üstünlükləri qazandırır?

- E.Ə: Atamın bu qədər çox tanınması məni xoşbəxt edir. Gələcəkdə onun kimi yaxşı idmançı və məşqçi olmaq istəyirəm. Əvvəllər vikipediyada Rauf Əliyev yazanda atam haqqında məlumatlar gəlirdi. Deyirdim ki, görəsən, mənim də adım burada olacaqmı? Artıq son yarışlardan sonra "google" platformasında Elisa Əliyeva yazanda mənim haqqımda da məlumat çıxır. Buna görə qürur hiss keçirirəm.

- Ata və qız olaraq, idmandan kənar vaxtınızı necə keçirirsiniz?

- R.Ə: Qızlarım şəhərdə gəzməyi çox xoşlayırlar. Zaman tapdıqca onları gəzdirirəm. Ən çox ticarət mərkəzlərində vaxt keçirməyi xoşlayırlar.

- Heç idmanla bağlı mübahisələriniz olurmu? Məsələn, hansısa yarışda zəif çıxış edəndə ona irad bildirirsiniz?

- R.Ə: Xeyr. Açığı, mən gimnastikanı elə də yaxşı bilmirəm. Əsasən, anası ilə bu barədə müzakirələr edirlər.

- E.Ə: Bəli, anam bu idman növündən daha yaxşı anlayır. Amma atam da deyir ki, çəkinmə və özünə daim inan. Bu zaman uğur səninlə olacaq.

- İstədiyiniz nəticəni əldə edə bilmədiyinizdə, çıxışınız yaxşı alınmayanda atanız sizi necə təsəlli edir və ya necə ruhlandırır?

- E.Ə: Deyir ki, heç nə bitməyib. Qarşıda çoxlu yarış var. Gələcəyin qabaqdadır.

- Qızınıza verdiyiniz ən anlamlı hədiyyə nə olub?

- R.Ə: Birincisi onu deyim ki, qızımın dünyaya gəlməsi mənim üçün ən gözəl hədiyyədir. O ki qaldı, mənim ona verdiyim ən anlamlı hədiyyəyə, düşünürəm ki, bu, Elisanın anadan olduğu gün "Bakı"nın heyətində vurduğum qoldur. Həmin qolu ona həsr edərək, xüsusi qeyd etmişdim. İndi belə, o matçı izləyəndə özümə də çox maraqlı gəlir.

- E.Ə: Həmin oyunun videosuna mən də baxmışam. Atamın mənə ən dəyərli hədiyyəsi anadan olduğum gün vurduğu qol olub. Onun əvvəlki matçlarını da izləmişəm. Hər zaman atamla qürur duymuşam.

- Atanız hazırda "Qarabağ" klubunun akademiyasında məşqçi işləyir. Gələcəkdə onun hansı tanınmış komandada baş məşqçi işləməyini istəyərdiniz?

- E.Ə: İlk növbədə "Qarabağ"da baş məşqçi işləməyini çox istəyərəm. Çünki özüm də bu komandaya azarkeşlik edirəm. Ümid edirəm ki, ölkə xaricində də çalışmaq imkanı yaranar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Oxşar xəbərlər