top
Nurlana Məmmədzadə: “Əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi” İdman.biz
28 sentyabr 2024, 15:38
- ↺ +

Nurlana Məmmədzadə: “Əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi”

"Bu dünya çempionatı bizim üçün tarixi xarakter daşıdı".

Bunu İdman.bizə Azərbaycan Gimnastika Federasiyasının baş katibi deyib.

O, Portuqaliyanın Qimaraeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında iştirak edən Azərbaycan yığmasının çıxışını dəyərləndirib. Məmmədzadə bildirib ki, ilk dəfə olaraq bizim akrobatika üzrə təmsilçilərimiz dünya çempionatında qızıl medala layiq görülüblər: "Akrobatika gimnastlarımız uğurlu çıxışları ilə beynəlxalq arenalarda bizi sevindirir. Onlar ötən ilin Avropa çempionatında da qızıl medala layiq görülüblər. Daha sonra 2022-ci ildə Bakıda keçirilən dünya çempionatında da bizim idmançılarımız medallara layiq görülmüşdülər. Lakin onlar bu ilə qədər dünya çempionatında qızıl medal qazanmamışdılar. Komandamız bu yarışa yola düşəndə bilirdik ki, qızıl medal uğurunda mübarizə aparmaq üçün gedirlər. Bu, bizə aydın idi. Təbii ki, əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi".

Onun sözlərinə görə, Azərbaycan akrobatika üzrə qarışıq və kişi cütlüyündə uzun illərdir ki, təmsil olunmayıb: "Buna səbəb bu növün son illərdə formalaşmasıdır. Onlar haqqında medalın praqnozunu vermək olmurdu. Mən çox şadam ki, bu qrup üzrədə qızıl qazandıq. Baxmayaraq ki, qısa müddətdə formalaşdılar, lakin belə nəticə əldə edə bildik. Medallardan sonra dünya çempionatında açıqlanan reytinq cədvəlində Azərbaycan komandası 3-cü yerdə qərarlaşıb. Birinci və ikinci yerlərdə isə Belçika ilə Çin yığması yer alır. Bütün bunlar bizi olduqca sevindirir".

Qeyd edək ki, ölkəmiz çempionatı 8 medalla (4 qızıl, 1 gümüş, 3 bürünc) başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Oxşar xəbərlər