top
Nurlana Məmmədzadə: “Bu, TeamGym üzrə ilk Avropa çempionatı təcrübəmizdir” İdman.biz
16 oktyabr 2024, 21:29
- ↺ +

Nurlana Məmmədzadə: “Bu, "TeamGym" üzrə ilk Avropa çempionatı təcrübəmizdir”

"Azərbaycan Gimnastika Federasiyası fəal şəkildə olimpiya və qeyri-olimpiya növləri üzrə beynəlxalq yarışlar keçirir, lakin biz ilk dəfədir "TeamGym" üzrə Avropa çempionatını təşkil edirik".

İdman.biz xəbər verir ki, bunu milli federasiyanın baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, "TeamGym" Avropa gimnastikasının bir hissəsi olan gənc idman növüdür: "Xüsusilə Skandinaviyada məşhurdur, lakin Avropanın digər ölkələrində də onun pərəstişkarları var. 2019-cu ildən biz Azərbaycanda bu növü inkişaf etdirməyə başladıq və milli komandamız da çempionatın iştirakçısıdır. Adından da göründüyü kimi, yarış komanda mübarizəsində olur, burada kollektivin nəticəsi önəmlidir".

O, əlavə edib ki, idmançıların çıxış etdikləri alətlər bəzi digər gimnastika növlərinə bənzəyir, lakin fərqlər var: "Məsələn, trampet adlanan mini-batut var ki, bu da batut gimnastikasındakı analoqundan fərqlidir".

Məmmədzadə Avropa çempionatına marağın kifayət qədər böyük olduğunu da vurğulayıb: "Çıxış edəcək komandaların azarkeşləri də Bakıya gəlib. İştirakçı komandaların nümayəndə heyətlərinin sayı 800 nəfərdən çoxdur və yarışda 14 ölkədən 500-dən çox gimnast mübarizə aparacaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Dünən, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Oxşar xəbərlər