top
Nəzrin Cəfərzadə: Gümüş medallar bizi daha da ruhlandıracaq Idman.biz
10 oktyabr 2025, 15:46
- +

Nəzrin Cəfərzadə: Gümüş medallar bizi daha da ruhlandıracaq

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının nəticələri bəzi idman növləri üçün uğurlu, bəziləri üçün isə o qədər də uğurlu olmadı. Elə idman növlərimiz var idi ki, orada dörd, beş, hətta altı qızıl medal qazandıq, elələri də vardı ki, turniri ümumiyyətlə medalsız başa vurduq.

İdman.Biz-in məlumatına görə, bədii gimnastika elə idman növlərindən biri oldu ki, bir tərəfdən səkkiz medal qazandıq, digər tərəfdən isə bu medallar arasında "qızıl" yox idi.

Bəs Azərbaycan gimnastlarının III MDB Oyunlarında bədii gimnastika yarışlarındakı nəticələrini necə qiymətləndirmək olar? Məhz bu sualla İdman.Biz Azərbaycanın gənclərdən ibarət bədii gimnastika milli komandasının məşqçisi Nəzrin Cəfərzadəyə müraciət edib.

- Mən hesab edirəm ki, qızlar layiqli çıxış etdilər. Dörd gümüş və dörd bürünc medal komandamız üçün yaxşı nəticədir. Əlbəttə, "qızıl" da istəyirdik, amma bu dəfə alınmadı. Bu - idmandır və bu, öz üzərində daha çox işləmək üçün səbəbdir.

- Hansı "gümüş" medal "qızıl"a çevrilməyə daha yaxın idi?

- Bu, Azadə Atakişiyevanın çoxnövçülükdə qazandığı "gümüş" medal idi. O, rusiyalı gimnastdan cəmi 0,150 xal geri qaldı.

- Qələbə üçün nə çatmadı?

- Elə həmin 0,150 xal çatmadı (gülür). Amma ciddi desək, o, kiçik bir səhvə yol verdi və həmin kiçik xalları da orada itirdi... Lakin bunu bacarıqsızlıqla yox, həyəcanla əlaqələndirirəm. Çünki bu, onun yeniyetmə kimi belə səviyyəli turnirdə ilk çıxışı idi.

- Deyirlər ki, öz meydanında "divarlar belə kömək edir". Bizim bədii gimnastlarımız üçün amil nə qədər kömək oldu?

- Əlbəttə, çox kömək etdi! Azarkeşlər bizi çox fəal və emosional şəkildə dəstəkləyirdilər, qızların valideynləri də övladlarını dəstəkləməyə gəlmişdilər! Amma doğma divarların kiçik bir mənfi tərəfi də var - onlar səni mütləq uğurlu çıxış etməyə məcbur edir, bu da idmançılarda daha çox həyəcan yaradır. Məhz bu səbəbdən bəzən idmançılar həyəcan üzündən səhvlər edə bilirlər. Azadənin vəziyyətində də belə oldu.

- Amma o, heç kimə yox, məhz rusiyalı gimnasta uduzdu. Bu arada, rusiyalı gimnastlar doğrudan da məğlubedilməzdirlərmi?

- Biz onlarla azı dörd ildir ki, yarışmamışdıq və bu, artıq yeni nəsil yeniyetmələr idi, onlarla ilk dəfə qarşılaşdıq. Bu suala daha dəqiq cavab vermək üçün onlarla azı üç-dörd turnirdə birgə mübarizə aparmaq lazımdır. Amma bir şey dəqiqdir - onlar çox güclüdürlər və çox yaxşı məktəbləri var. Rusiya bədii gimnastika məktəbi dünyanın ən yaxşı məktəblərindən biridir və bu, danılmaz faktdır.

- Azadəyə qayıdaq – o, daha iki gümüş də qazandı və beləliklə, üç dəfə ikinci oldu. Necə düşünürsünüz, bu onu ruhlandıracaqmı?

- Əlbəttə, ruhlandıracaq! Axı, dediyim kimi, bu, onun belə səviyyəli ilk turniri idi və debütant gimnast üçün bir turnirdə üç gümüş medal qazanmaq böyük uğurdur. Azadə topda, lentdə və çoxnövçülükdə gümüş qazandı – o, əla çıxış etdi!

Bundan əlavə, Fidan Qurbanlı gürzlərlə çıxışda gümüş medal qazandı. Belə nailiyyətlər onları daha da ruhlandıracaq.

- Bu il artıq böyük yarışlar qalmayıb. Gələn il gümüşü qızıla çevirmək planınız varmı?

- Əvvəla, gələn il MDB Oyunları olmayacaq, onun əvəzində daha böyük turnirlər keçiriləcək. Qızlarla fəxr edirəm və dediyim kimi, onların bu nəticəsindən çox razıyam. Amma hər zaman daha yüksək hədəflər olur. Gələn il biz çalışacağıq ki, ən azı bu səviyyədə, daha böyük beynəlxalq yarışlarda medal qazanaq.

Vüqar Vüqarlı

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:02

Hunan əyalətinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında əməkdaşlıq imkanlarını müzakirə edib - FOTO

Voleybol
Bu gün, 18:00

Voleybol üzrə Yüksək Liqada pley-off mərhələsinin başlama tarixi açıqlanıb

Futbol
Bu gün, 17:59

"Barselona" azarkeşi İngiltərədə "Nyukasl" əvəzinə səhvən "Ekester Siti" oyununa gedib

Futbol
Bu gün, 17:51

Argentina Finalissimanın "Bernabeu"da keçirilməsindən imtinasının səbəbləri və alternativ variantlar

Tennis
Bu gün, 17:43

Arina Sabalenkanın İndian-Uellsdəki "toy məşqi" sensasiya yaratdı - FOTO

Futbol
Bu gün, 17:40

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırmağa hazırlaşır

Futbol
Bu gün, 17:32

"Araz-Naxçıvan" "Karvan-Yevlax"la oyuna 4 itki ilə çıxacaq

Futbol
Bu gün, 17:21

Belçika U-17 qadınlardan ibarət millimizə 11 qol vurdu

Futbol
Bu gün, 17:20

"Mançester Yunayted" Federiko Dimarkonu transfer etmək istəyir

Futbol
Bu gün, 17:16

Azərbaycan I Liqasında XVIII tur: "Səbail" "Mingəçevir"i məğlub etdi, "Baku Sportinq" qalib gəldi, "Şahdağ Qusar" - MOİK heç-heçə etdi

Futbol
Bu gün, 17:08

Arne Slota "Liverpul" rəhbərliyindən tam dəstək: İsteifa planlarda yoxdur

Futbol
Bu gün, 17:05

U-17 qadınlardan ibarət milli komandamız Belçikaya böyük hesabla məğlub oldu

Futbol
Bu gün, 17:00

Arif Əsədov: "Qarabağ"ın da xal itkiləri olacaq, çempionatda hələ hər şey ola bilər

Futbol
Bu gün, 16:58

"Karvan-Yevlax"ın üç legioneri milli komandalara dəvət alıb

Futbol
Bu gün, 16:58

Azərbaycan U-17 qadınlardan ibarət yığma komandası Belçikaya darmadağın edilib

Futbol
Bu gün, 16:54

Finalissima Madriddə keçirilə bilər: "Santyaqo Bernabeu" variantı

Futbol
Bu gün, 16:53

Finalissima: İspaniya - Argentina matçı "Santyaqo Bernabeu"da!

Güləş
Bu gün, 16:44

Cəbrayıl Həsənov U-23 Avropa Çempionatındakı səhvlər üzərində işləyəcəklərini bildirdi

Futbol
Bu gün, 16:40

"İnter Mayami" Bernardo Silvanı transfer etmək istəyir

Futbol
Bu gün, 16:32

Luis Ortisin "Neftçi"də halı pisləşib

Futbol
Bu gün, 16:20

Qırıcı Pilot "Budo-Qlimt"i Zirvəyə Daşıdı: Uğurun Psixoloji Sirri

Futbol
Bu gün, 16:20

"Borussiya" Feliks Nmeçanın müqaviləsini uzadıb-Rəsmi

Gimnastika
Bu gün, 16:16

FHN əməkdaşları atletika yarışında birincilik əldə ediblər

Digər
Bu gün, 16:10

Babək Əliyev: Uşu Federasiyasının rəhbəri kunq-funun inkişafına mane olur

Oxşar xəbərlər