"Birə bir mübarizədə güclü olan bir komandaya qarşı oynadıq, müxtəlif sistemlərdə oynaya bilən klubdur "CSKA Sofia".
Hava sərin olsaydı, azarkeşlər daha yaxşı oyun görə bilərdilər. Havanın isti olması müəyyən çətinlik yaratdı".
İdman.Biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "CSKA Sofia" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
"Qarabağ" - "CSKA Sofia" duelinin cavab matçı bir həftə sonra Sofiya şəhərində reallaşacaq.