top
Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır İdman.biz
03 iyul 2024, 14:50
- ↺ +

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Naxçıvan şəhərində 10 ilə yaxın bir fəaliyyət dövrü olan bədii gimnastika bölməsinə dəstək daha da artırılır.

İdman.bizin Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən regionda gimnastikanın inkişafına növbəti töhfə kimi həmin bölməyə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.

Avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib. Xalça idmançıların ixtiyarına bu gün verilib.

Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov yaradılan şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb, fikirlərini diqqətə çatdırıb. Onları bu yenilik münasibətilə təbrik edən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb. O cümlədən bədii gimnastikanın Naxçıvanda təşəkkülü və inkişafı tarixini xatırladaraq deyib ki, bölmə 2014-cü ildə nazirliyin nəzdində "Xatun" Bədii Gimnastika Klubu adı altında fəaliyyətə başlayıb. Dövlətin diqqət və qayğısı sayəsində şəraiti mərhələli şəkildə yüksəldilən bədii gimnastika bölməsi aktiv fəaliyyəti və uğurları ilə seçilir.

Məcid Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir. Məcid Seyidov birinci vitse-prezident, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyində gimnastikanın hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü deyib, muxtar respublikada gimnastikaya göstərilən davamlı dəstəyin məşqçi və idmançılar üçün böyük stimul yaratdığını diqqətə çatdırıb.

Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib. Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaqdır.

Sonda idmançıların məşq prosesi izlənilib, onlarla birgə xatirə fotosu çəkilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Oxşar xəbərlər