Monqolustanın bədii gimnastika komandası Bakıda təlim-məşq toplanışı keçirir. Sport24.az xəbər verir ki, "Glamour Gymnastics Studio" klubunun idmançıları Milli Gimnastika Arenasında hazırlıqlarını davam etdirirlər.
Onlar yeni mövsüm üçün hərəkətləri məşq edirlər.
Kompozisiyaların quruluşunda onlara yerli mütəxəssislər, o cümlədən millinizin baş məşqçisi Aliyə Paşayeva da köməklik göstərir.