top
Mixail Malkin və Tofiq Əliyev Bakıda Dünya Kubokundakı çıxışları haqqında danışıblar Idman.biz
22 fevral 2026, 15:28
- ↺ +

Mixail Malkin və Tofiq Əliyev Bakıda Dünya Kubokundakı çıxışları haqqında danışıblar

Bakıda keçirilən Dünya Kubokunda medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Mixail Malkin və Tofiq Əliyev yarışdan sonra açıqlama veriblər.

İdman.Biz xəbər verir ki, qızıl medalçı Mixail Malkin bu uğurun onun üçün dönüş nöqtəsi olduğunu bildirib.

"2025-ci ildə heç bir yarışda iştirak etmədim. Bəzi problemlərim vardı. İndi də bir qədər çətinliklərim var. Amma özümü toparlamağa çalışdım, göstərdim ki, əvvəlki Mixail Malkin qayıdır. Növbəti hədəfim Avropa Çempionatıdır, qələbənin davamı gələcək. Tofiq Əliyevlə komanda yoldaşıyıq və hər zaman bir-birimizə dəstək oluruq", - deyə Malkin söyləyib.

Gümüş mükafatçı Tofiq Əliyev isə doğma divarlar arasında medalsız qalmadığı üçün sevindiyini deyib:

"Finalda əzələlərim yorğun idi, çətin elementlərdən istifadə edə bilmədim. Hətta qızıl da qazana bilərdim. Amma akimlərin yekun qərarına əsasən, keçid elementində ayaqlarımı bükdüyüm üçün 0,16 xalım silindi. İlk dəfədir komanda yoldaşım Mixail Malkinlə fəxri kürsüdə yan-yana idik. Startı iki medalla verdiyimizə görə də xoşbəxtik. Qarşıda bizi Portuqaliyada Avropa çempionatı gözləyir. Ümid edirəm ki, orada həm komanda hesabında, həm də fərdi mübarizədə yer tuta bilərik".

14:36

Azərbaycan gimnastları ikiqat Dünya çempionu Tofiq Əliyev və üçqat Dünya çempionu Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, tamblinq üzrə yarışlarda hər iki idmançımız medal qazanıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş mükafata yiyələnib.

14:25

Azərbaycanın batut gimnastı Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı idmançı jurnalistlərə açıqlamasında fərdi proqramda gümüş medal qazanaraq şəxsi rekordunu yenilədiyini və bu nəticənin ona əlavə motivasiya verdiyini bildirib.

"Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm. Bu nəticə gələcək yarışlara stimulumu artırır. Avropa çempionatında mütləq mükafatçılar sırasına düşmək istəyirəm. Daha əvvəl bu turnirlərdə altıncı, beşinci və dördüncü yerləri tutmuşam. Niderlandda keçiriləcək Dünya Kubokunda mütləq mükafatçılar sırasına düşmək istəyirəm", - deyə Mahsudova söyləyib.

Mahsudova eyni yarışda fərdi proqramda beşinci olan qardaşı Maqsud Mahsudovun çıxışına da toxunub. O, qardaşı ilə birgə Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib və gələcəkdə onun böyük uğurlar qazanacağına inandığını deyib.

13:25

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb.

Qeyd edək ki, altı ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Oxşar xəbərlər