top
Marian Kolev: “Bizim üçün əsas yarışlar Dünya Oyunları və Gəncədəki Avropa çempionatı olacaq” İdman.biz
29 oktyabr 2024, 16:16
- ↺ +

Marian Kolev: “Bizim üçün əsas yarışlar Dünya Oyunları və Gəncədəki Avropa çempionatı olacaq”

"Bizim üçün gələn ilin əsas yarışları Dünya Oyunları və buradakı Avropa çempionatı olacaq".

Bunu İdman.biz saytına açıqlamasında aerobika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev deyib.

Hazırda ölkənin yeniyetmələrdən ibarət komandası Manamadakı Gimnaziadadadır və burada bir gümüş və bir bürünc mükafat qazanıb. Lakin milli üçün mövsümün əsas yarışı Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyünün gümüş medal qazandığı Pesaroda keçirilən dünya çempionatı olub.

Kolev bildirib ki, hər bir idmançıya "yetişmək" üçün vaxt lazımdır: "İdmançılarımız əvvəllər də yaxşı çıxış etsələr də, müxtəlif səbəblərdən dünya və Avropa çempionatlarında medal qazana bilməyiblər. Niyə hər şey Pesaroda uğurla oldu? Bilirsiniz, yarışın başlamasına az qalmış proqramda dəyişiklik etdik. Dünya çempionatından əvvəl onu Bolqarıstandakı turnirdə sınamaq qərarına gəldik və həm tamaşaçılar, həm də hakimlər onu çox bəyəndilər. Bu kompozisiya ilə cütlük dünya çempionatında çıxış etdi və gümüş qazana bildi. Bundan əlavə, təsnifatın nəticələrinə əsasən, Dolmatov və Mustafayeva Çenqduda keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıblar".

Baş məşqçi əlavə edib ki, indi komandanın əsas hazırlığı həm Dünya Oyunlarına, həm də gələn ilin noyabrında Gəncədə keçiriləcək Avropa çempionatı və yaş qrupları üzrə Avropa yarışlarına köklənəcək.

Qeyd edək ki, Bəhreyndə keçirilən Gimnaziadada Məryəm Topçubaşova fərdi yarışda bürünc, qrup yarışında isə Məryəm Topçubaşova, Sara Əlixanlı, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət komanda gümüş medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Dünən, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Oxşar xəbərlər