top
İsmail Əliyevin Qazaxıstanda qazandığı gümüş medal və nəticədən narazılığı Idman.biz
16 fevral 2026, 17:34
- +

İsmail Əliyevin Qazaxıstanda qazandığı gümüş medal və nəticədən narazılığı

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan Azərbaycan atleti İsmail Əliyev nəticəsindən tam razı qalmayıb.

11-ci Olqa Ripakova mükafatı uğrunda yarışda nüvə itələmə növündə ikinci yeri tutan atlet turnirin çox yaxşı təşkil olunduğunu söyləyib.

"Yarışın təşkilatçılığını, keçirildiyi məkanı çox bəyəndim. Medal qazanmağımın sevinci isə başqadır. Yarış mənim üçün normal alındı. Amma nəticədən çox da razı deyiləm. Daha yaxşı çıxış edə bilərdim. Sadəcə, yüngül zədələrim var idi. Buna görə istədiyim kimi mübarizə apara bilmədim. Növbəti turnirlərdə daha yaxşı nəticəyə nail olmağa çalışacağam. Əsas rəqibim də zəif deyildi. Dəfələrlə turnirlərdə qarşılaşmışıq", - deyə o, report.az-a açıqlamasında deyib.

O, bu il başqa yarışlara da qatılacağını sözlərinə əlavə edib:

"Hədəfim yenə Azərbaycan rekordunu qırmaqdır. 2025-ci ildə 64 illik ölkə rekordunu yenilədim. Bu il də bu rekordu təzələməyi planlaşdırıram. Yerli və beynəlxalq yarışlara hazırlaşacağam. Bacardığım qədər bayrağımızı beynəlxalq arenadalarda dalğalandırmaq istəyirəm".

İ.Əliyev Avropa, dünya çempionatlarında və olimpiadada medal qazanmaq istədiyini vurğulayıb:

"Qismət olsa, buna nail olacağam. Yaxşı nəticələr göstərmək üçün çalışıram. Azərbaycan Atletika Federasiyası da mənə dəstək olur. Bunun qarşılığını nailiyyətlərlə göstərmək istəyirəm".

Qeyd edək ki, İsmail Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində 16,58 metr nəticə ilə ikinci yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:36

IRONMAN 70.3 Baku üçün bağlanan yollar yenidən istifadəyə verildi

Futbol
Bu gün, 15:29

PSG Monakoya 1:2 məğlub oldu, Luis Enriquenin çempionluq mərcinə dair açıqlaması

Futbol
Bu gün, 15:00

Bu gün İstanbul derbisində Fənərbaxça Beşiktaşla qarşılaşır

Futbol
Bu gün, 15:00

Bu gün Fənərbaxça – Beşiktaş arasında İstanbul derbisi

Futbol
Bu gün, 15:00

Fənərbaxça Beşiktaş ilə İstanbul derbisində qarşılaşacaq

Futbol
Bu gün, 15:00

Bu gün İstanbul derbisində Fənərbaxça Beşiktaş ilə qarşılaşacaq

Futbol
Bu gün, 15:00

Fənərbaxça Beşiktaşı ev sahəsində qarşılayır

Futbol
Bu gün, 15:00

İstanbul derbisi: Fenərbaxça‑Beşiktaş qarşılaşması bu gün 21:00‑da başlayır

Futbol
Bu gün, 15:00

Bugün İstanbul derbisi: Fənərbaxça Beşiktaşla qarşılaşır

Futbol
Bu gün, 14:30

Opta Analitik 2026/27 Çempionlar Liqası favoritləri: Arsenal birinci, Bayern ikinci

Futbol
Bu gün, 14:30

Opta Analitik 2026/27 Çempionlar Liqası üçün favoritlər – Arsenal 21,2%

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qalibiyyəti üçün 90 dəqiqə meydanda

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev Eqnatiyada 90 dəqiqə çıxaraq Skenderbeunu 2:1 məğlub etdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev Eqnatiya ilə Skenderbeunu 2:1 məğlub etdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda qalaraq Eqnatiyanı 2:1 qələbəyə aparıb

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda – Eqnatiya 2:1 Skenderbeu

Futbol
Bu gün, 13:30

Azərbaycanlı müdafiəçi Zamiq Əliyev “Eqnatiya”da Skenderbeunu 2:1 məğlub etdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev bütün 90 dəqiqəni sahədə keçirdi və 'Eqnatiya' 2:1 qələbə qazandı

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda qalaraq Eqnatiyanı 2:1 qalib gətirdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev "Eqnatiya"nın Skenderbeu qarşısındakı 2:1 qalibiyyətdə 90 dəqiqə meydanda qaldı

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda qalaraq Eqnatiya’yı Skenderbeu qarşısında 2:1 qalibiyyətlə bitirdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev bütün 90 dəqiqəni sahədə keçirdi, Eqnatiya 2:1 qalib gəldi

Digər
Bu gün, 13:28

Bakıda “IRONMAN 70.3” triatlonunda xorvatiyalı Matey Jukiç birinci oldu - FOTO/VİDEO

Futbol
Bu gün, 13:10

Argentina əsilli Marcelo Galyardo, Ekvador millisinin yeni baş məşqçisi seçildi

Oxşar xəbərlər