top
Gimnastikanın ən gənc növü Bakıda İdman.biz
16 oktyabr 2024, 16:52
- ↺ +

Gimnastikanın ən gənc növü Bakıda

Gimnastika təqvimində payızın əsas hadisələrindən biri bu gün Bakıda start götürən TeamGym üzrə Avropa çempionatıdır. Analoqu olmayan ən gənc gimnastika növü parlaq bir tamaşa vəd edir. Buna görə də Milli Gimnastika Arenasında üç günlük yarış son dərəcə həyəcanlı olacağı gözlənilir.

İdman.biz xəbər verir ki, TeamGym Avropa gimnastikasının gənc növlərindən biridir.

Bu idman növü üzrə ilk qitə çempionatı 1996-cı ildə Finlandiyada baş tutub və EuroTeam adlanıb. İlk rəsmi AVRO 2010-cu ildə İsveçdə baş tutub. Burada böyüklər gimnastları ilə yanaşı, yeniyetmələrdən ibarət komandalar da mübarizə aparıblar.

"Azərbaycan 1996-cı ildən etibarən TeamGym üzrə Avropa çempionatına ev sahibliyi edən 14-cü ölkə olacaq. Bakıdakı tədbir bizim 8-ci rəsmi AVRO-muz olacaq", - Avropa Gimnastikasının TeamGym Texniki Komitəsinin prezidenti Per Sjostrand deyir. O, həmçinin qeyd edib: "Azərbaycan ilk dəfə 2018-ci ildə "TeamGym" yarışmasında iştirak edib, indi isə 6 ildən sonra Avropa çempionatında Bakıdayıq".

O bildirib ki, yarış yeni formatda keçiriləcək. "İsnişmə otağı ilk dəfə olaraq yarışın keçirildiyi arenanın yanında yerləşəcək. Bundan əlavə, münsiflər üçün komandaların çıxışını qiymətləndirə biləcəkləri ayrıca yerlər olacaq. Yüksək səviyyəli tədbirlərin təşkilində çoxillik təcrübəyə malik Azərbaycan Gimnastika Federasiyası zəngin biliklərə malikdir. Biz isə AVRO-nun Bakıda keçirilməsindən məmnunuq", - Texniki Komitənin rəhbəri deyib.

Şostrand TeamGym-in qitədə inkişaf yolundan məmnunluğunu ifadə dib. "Bu növ təxminən iyirmi ölkədə inkişaf edir, lakin hər il onların sayı daha da artır. Biz buna çox sevinirik, çünki daha əvvəllər "TeamGym" klub turnirləri ilə başlamışdı. İndi də Azərbaycan TeamGym Avropa Çempionatına ev sahibliyi edən 14-cü ölkə olacaq".
Milli Gimnastika Arenasında on dörd ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibinin komandaları çıxış edəcəklər. 541 iştirakçı 46 komandaya bölünəcək.

Komandamıza gəlincə, burada Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev yer alıb. Çingiz Vəliyev əvəzedici olacaq. Onların bəzilərinin artıq TeamGym-də çıxış etmə təcrübəsi var və tamblinq üzrə qitə birinciliyinin gümüş mükafatçısı Tofiq Əliyev hətta bu növ üzrə əvvəlki Avropa çempionatının nəticələrinə görə ulduzlar komandasına daxil edilib.

Şübhəsiz ki, Bakıda keçiriləcək yarış bu tipli yeni ulduzları üzə çıxaracaq, amma əsas olan komanda şəklində uğurlu çıxışdır. Əbəs yerə müsabiqənin şüarı "Bir komanda – bir məqsəd" deyil.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Dünən, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Oxşar xəbərlər