top
“Gimnastika hamı üçün” Bakıda ölkələri və qitələri birləşdirəcək İdman.biz
31 may 2024, 13:54
- ↺ +

“Gimnastika hamı üçün” Bakıda ölkələri və qitələri birləşdirəcək

Sabah Dənizkənarı bulvarda "Hər kəs üçün gimnastika" üzrə 2-ci beynəlxalq Çelenci start götürəcək. Yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq bütün insanları birləşdirəcək bu gimnastika festivalına Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin xarici ölkələrdən ümumilikdə 60-a yaxın komanda və 800-dək iştirakçı qatılacaq.

İdman.bizin məlumatına görə, tədbirin iştirakçıları iki - 50 yaşa qədər və 50 yaşdan yuxarı kateqoriyasında da çıxış edəcəklər.

Festivalın keçirilməsində məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda əyləncə forması olduğunu sübut etməkdir. Tədbirdə ustad dərsləri, komandaların marşı və müxtəlif əyləncə proqramları da nəzərdə tutulub.

Gimnastika bütün dünyada populyarlıq qazanır. Buraya Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil edilən iki tədbir daxildir: Ümumdünya Gimnastradası və dörd ildən bir təşkil edilən "World Gymnas for Life Challenge".

Bu, Azərbaycanda keçirilən "Hər kəs üçün gimnastika" üzrə ilk Çelenc deyil. Ötən il belə tədbir Azərbaycan, Gürcüstan və Litvanı, eləcə də ölkənin 20 regionunu təmsil edən 46 komandadan 500 idmançını bir araya toplayıb.

Avropa Gimnastikasının "Gimnastika hamı üçün" Texniki Komitəsinin prezidenti Hlif Thorgeirsdottir də tədbir barədə yüksək fikirdə olduğunu bildirib: "Avropada "Gimnastika hamı üçün" çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Şadam ki, bu Çelenc Azərbaycanda da keçirilir. Çalışırıq ki, gimnastikanın bu növü və belə tədbirlər geniş yayılsın, daha çox insanı əhatə etsin. Ölkənizdə gimnastika növləri sürətlə inkişaf edir, yaxşı məşqçiləriniz, idmançılarınız var, Milli Gimnastika Arenasına maliksiz. Belə şəraiti görmək çox xoşdur".

Maraqlıdır ki, keçən il təşkil olunan festivalın yarışmasında ən yaşlı iştirakçının 88 yaşı var idi. O, xüsusi dəvət olunmuş qonaqların - Litva komandasının tərkibində çıxış edib.

Avropa Gimnastikasının "Hamı üçün Gimnastika" Texniki Komitəsinin üzvü olan Azərbaycan milli komandasının "Gimnastika hamı üçün" növü üzrə baş məşqçisi Ruslan Eyvazovun sözlərinə görə, 2015-ci ildən idmançılarımız beynəlxalq tədbirlərdə iştirak edirlər: "Keçən il Çelenci ziyarət edən avropalı qonaqlar vurğuladılar ki, Azərbaycan idman yarışlarına ənənəvi olaraq ən yüksək səviyyədə ev sahibliyi edir. Bu il bizim tədbirin coğrafiyası da genişlənib. Bu Çelenc yenə artıq ənənəvi məkana çevrilən Dənizkənarı Bulvarda keçiriləcək".

Tədbir iyunun 2-də möhtəşəm Qala şou ilə başa çatacaq. Əslində, hər kəs üçün gimnastika sağlam həyat tərzinin, əyləncənin və dostluq fəlsəfəsinin təcəssümüdür. Yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəs bu idman növü ilə məşğul ola bilər.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Oxşar xəbərlər