top
FIG-in komitə prezidenti: “Azərbaycanın qrup komandasının olimpiadada 5-ci yeri tutması əla nəticədir” - MÜSAHİBƏ İdman.biz
24 sentyabr 2024, 10:14
- ↺ +

FIG-in komitə prezidenti: “Azərbaycanın qrup komandasının olimpiadada 5-ci yeri tutması əla nəticədir” - MÜSAHİBƏ

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Qadınların Bədii Gimnastikası Texniki Komitəsinin italiyalı prezidenti Donatella Sacchinin İdman.bizə eksklüziv müsahibəsi

- Siz 1976-cı il Yay Olimpiya Oyunlarında iştirak etmisiniz. Monreal olimpiadasını necə xatırlayırsınız?

- Mənim üçün fantastik hadisə idi. Yaxşı yadımdadır, orada ilk dəfə dabanlı ayaqqabı geyinmişdim, yerimək çətin idi. Nadya Komaneçi, Nelli Kim, Lüdmila Turişeva kimi yüksək səviyyəli gimnastlara baxaraq o dövrün ən yaxşı komandaları ilə məşq edirdim. Adi gimnast idim, o səviyyədə deyildim və mənim üçün orada olmaq artıq böyük nailiyyət idi. Onları bu qədər yaxından izləməkdən şərəf duymuş və heyran qalmışdım.

- FIG Texniki Komitəsinin prezidenti kimi işiniz barədə məlumat verərdiniz.

- Bu vəzifəyə 2016-cı ildə Tokiodakı konqresdə seçilmişəm və 2017-ci il yanvarın 1-dən işimin icrasına başlamışam. Qadınların Bədii Gimnastikası Texniki Komitəsi hər olimpiya dövrü üçün ballar məcəlləsini müəyyənləşdirir. Vəzifələrimin bir hissəsi hər olimpiya tsiklində hakimlərin kurslarını hazırlamaq və idarə etmək və Texniki Komitə ilə FIG-in əsas yarışlarına rəhbərlik etməkdir. Ondan başqa, bəzən İtaliya Gimnastika Federasiyası üçün məsləhətçi kimi çalışıram, gimnastlar üçün testlər edirəm, həmçinin hakimlər və məşqçilər üçün mühazirələr oxuyuram. Müraciət edən istənilən federasiya üçün bunları edirəm.

- Ölkəmizdə bir neçə dəfə olmusunuz…

- FIG Texniki Komitəsinin prezidenti kimi Azərbaycanda ilk dəfə 2017-ci ildə olmuşam. 2018-ci ildə də FIG Konqresində iştirak üçün, həmçinin qonaq kimi Avropa çempionatını izləmək üçün ölkənizə səfər etmişəm. Bakıda hər an gözəl və unudulmaz idi. Azərbaycan mənim üçün varlı ölkə, böyük qonaqpərvərlik, təmiz və mehriban insanlar, qədim tarix və çox müasir memarlığın birləşməsi deməkdir. Həmçinin "Formula-1" və Leklerin bu il "Ferrari" ilə orada ikinci olmasından da xəbərim var. Tarixi sevirəm və köhnə qala, onun əfsanəsi ilə maraqlanmışam.

- Azərbaycan gimnastikası haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Gimnastika Federasiyası Avropa və dünya səviyyəsində bir çox yarışlar keçirir. Onlar hər il dünyanın ən yaxşı gimnastlarının iştirakı ilə kişi və qadın idman gimnastikası və bədii gimnastika üzrə AGF Trophy təşkil edirlər. Yarış FIG Dünya kuboku seriyasının bir hissəsidir və olimpiada ilində də Olimpiya oyunlarına təsnifat xarakteri daşıyır. Nikita Simonov son Avropa çempionatında halqalarda gümüş mükafatçı olub. Amma Azərbaycanda bədii gimnastika daha güclüdür, qrup komandasının Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutması əla nəticədir. Bu komanda mötəbər Avropa və dünya yarışlarında da çoxlu medallar qazanıb.
Bədii gimnast Zöhrə Ağamirovanın fərdi olaraq Paris Olimpiadasına vəsiqə qazanması və iştirak etməsi də diqqəti çəkir.
Keçmiş gimnast Kristina Pravdina, onun həmkarı - kişi idman gimnastikasında Rza Əliyev də 2024-cü il Olimpiadasında hakim olublar. Həmçinin Natalya Bulanova FIG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvüdür və qrup komandasının keçmiş gimnastı Siyana Vasileva da komitəyə idmançıların təmsilçisi kimi seçilib.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da hazırda Avropa Gimnastikasının strukturunun yenilənməsi üzərində işləyir. O, İcraiyyə Komitəsində konkret məqsədlə işçi qrupu da yaradıb. İnanıram ki, bundan sonrakı fəaliyyətində də böyük uğurlar qazanacaq.

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Oxşar xəbərlər