top
Fərid Qayıbov: “Əminəm ki, “TeamGym”in populyarlığı artacaq” İdman.biz
06 noyabr 2024, 17:02
- ↺ +

Fərid Qayıbov: “Əminəm ki, “TeamGym”in populyarlığı artacaq”

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.

İdman.biz xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentin qeydləri" rubrikasında ötən ayı dəyərləndirib.

EG prezidenti oktyabrda keçirilən yarışları xatırladıb: "İl də, oktyabr da çox gərgin keçdi. Bakıda təşkil olunan "TeamGym" üzrə Avropa çempionatı da buna uyğun alındı. Biz "TeamGym"də idmançıların sayının və səviyyəsinin hər il artmasının şahidi oluruq. Yarışın möhtəşəm ab-havasına töhfə verən çox sayda xarici azarkeşləri və tamaşaçıları tribunalarda görmək məni çox sevindirdi. Onlar, harada keçirilməsindən asılı olmayaraq, hər "TeamGym" yarışına gələn sadiq azarkeşlərdir. Onların iştirakı bütün yarışlarımızda təsirli mənzərə yaradır".

O bildirib ki, bu gimnastikanın bu növünü təbliğ etmək üçün Avropa çempionatına digər qitələrdən də federasiyalar dəvət olunub: "Əminəm ki, "TeamGym"in populyarlığı artacaq və bu növlə maraqlanan ölkələrin sayı böyüyəcək. Bu yarışın gözəl təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına və "TeamGym" Texniki Komitəsinə təşəkkürümü bildirirəm".

EG prezidenti Beynəlxalq Federasiyanın Dohada keçirilən konqresi haqqında da fikirlərini açıqlayıb: "Bütün hesabatları dinlədikdən sonra Konqresin seçki hissəsinə keçdik. İcraiyyə Komitəsinin və Şuranın yeni seçilmiş üzvlərini, Texniki Komitələrin sədrlərini və üzvlərini təbrik edir, onlara qarşıdakı 4 il ərzində idmanımız üçün görəcəkləri bütün işlərdə uğurlar arzulayıram".

O, Olimpiya ilinin noyabrda başa çatmasına da toxunub: "Bizi ilin sonuna aparacaq növbəti aylar heç bir böyük hadisə ilə yadda qalmayacaq və gərgin bir ildən sonra bizə fasilə etmək imkanı verəcək. Bu, federasiyalara, idmançılara və məşqçilərə növbəti mövsümə hazırlaşmaq və yeni olimpiya dövrü üçün öz yeni proqramları üzərində işləmək, həmçinin yeniyetmələrdən ibarət komandaların ümumi inkişafı və böyüklərə keçidi üzərində çalışmaq imkanı verəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Oxşar xəbərlər