top
Fərid Qayıbov: “Arzu edirəm ki, hər bir gimnast Parisdəki Oyunlarda qazandığı uğurların sevincini hiss etsin” İdman.biz
12 iyul 2024, 14:09
- ↺ +

Fərid Qayıbov: “Arzu edirəm ki, hər bir gimnast Parisdəki Oyunlarda qazandığı uğurların sevincini hiss etsin”

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.

İdman.biz xəbər verir ki, o, bunlar barədə fikirlərini rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentin qeydləri" rubrikasında bölüşüb.

"İyun ayı gözəl keçdi. Yay tətilinə baxmayaraq, ay vacib müzakirələr və qərarlarla zəngin idi.

İyunun 6-7-də Buxarestdə keçirilən Avropa Olimpiya Komitələrinin 53-cü Baş Assambleyasında iştirak etdim.

Gündəliyin əsas mövzularından biri 2027-ci ildə keçiriləcək növbəti Avropa Oyunları idi. İstanbul ev sahibi şəhər kimi təsdiqləndi. Sabbiadoro (İtaliya) şəhərinə 2027-ci il Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etmək həvalə edilib.

Baş Assambleya çərçivəsində milli olimpiya komitələrinin prezidentləri və müxtəlif idman növlərini təmsil edən Avropa federasiyalarındakı həmkarlarla görüşmək imkanım oldu.

Baş Assambleya aerobika gimnastlarımızın şousu ilə müşayiət olunan qala şam yeməyi ilə başa çatıb. Yeri gəlmişkən, 2024-cü il futbol üzrə Avropa çempionatının açılış mərasimində gimnastların çıxışları da olub. Bütün bunlar sübut edir ki, gimnastika təkcə yüksək nailiyyətlər idmanı deyil, həm də idmanın, musiqinin, incəsənətin gözəl vəhdəti və innovativ təqdimat vasitəsidir".

O, həmçinin iyunun 14-15-də Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclaslarına sədrlik etdiyini bildirib. "Bizim illik görüşlərimizdən biri ənənəvi olaraq Avropa Gimnastikanın üzvlərindən biri tərəfindən keçirilir. Bu dəfə Dublində görüşlərimiz üçün əlverişli yer təklif edən İrlandiya Gimnastikası oldu. Tədbir qarşıdan gələn Avropa çempionatının paytaxtlarının müəyyənləşməsi ilə yadda qaldı. Tədbirlərimizə tez-tez ev sahibliyi edən İtaliya, Fransa və Almaniya müvafiq olaraq 2026-cı ildə keçiriləcək "European Gym for Life Challenge" və EUROGYM, "Golden Age 2026" İdman Festivalı və 2025-ci ildə idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcəklər. Qarışıq komandaların finalı sonuncu yarışın proqramına daxil ediləcək.

İrlandiya milli komandaları üçün yaradılmış təlim-məşq bazaları ilə tanış ola bildik. Bu ölkədə idmana məsul şəxslərlə söhbət etdik".

Qayıbov qarşıdakı yarışlardan da danışıb: "Bu həftəsonu Avropa gimnastika ictimaiyyəti Bododa (Norveç) hər iki ildən bir keçirdiyimiz "European Gym for Life Challenge" və EUROGYM yarışlarının inanılmaz ab-havasını yaşayacaq".

Qurum rəhbəri iki həftədən sonra start götürəcək Olimpiadadan da danışıb: "Parisdəki Yay Oyunlarına qatılmaq şansı qazanan olimpiya idman növlərinin bütün təmsilçiləri demək olar ki, artıq dördilliyin idman qatarının son dayanacağına çatıblar.

Arzu edirəm ki, hər bir gimnast Parisdəki Oyunlarda qazandığı uğurların sevincini hiss etsin".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Oxşar xəbərlər