top
Əlham Nağıyev Tokio Dünya Çempionatında Azərbaycanı təmsil edəcək Idman.biz
06 sentyabr 2025, 12:08
- ↺ +

Əlham Nağıyev Tokio Dünya Çempionatında Azərbaycanı təmsil edəcək

Sentyabrın 13-də Tokioda atletika üzrə dünya çempionatı start götürəcək. Azərbaycanı Yaponiyada yalnız bir idmançı – 200 metr məsafədə mübarizəyə qatılan Əlham Nağıyev təmsil edəcək.

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə İdman.biz-ə açıqlamasında bildirib ki, hazırda sprinter komandanın lideridir.

Federasiya rəsmisi vurğulayıb ki, dünya çempionatına çəkicatma üzrə idmançımız Anna Skidan da düşmüşdü, lakin o, yaxınlarda ana olduğu üçün yarışa qatıla bilməyəcək: "Əlhama gəldikdə isə o, bu il Mariborda keçirilən Avropa komandalar çempionatında 100 və 200 metr məsafələrdə qələbə qazanıb, ardınca isə Yunanıstanda Balkan ölkələrinin çempionu olub və 200 metr məsafədə 20.70 saniyəlik nəticə göstərib. Buna görə də Nağıyev Tokioda çıxış etmək hüququ qazanıb".

Nağıyevin sentyabrın 17-də starta çıxacağını deyən Sultanzadə, həmçinin idmançının Tokio mundialındakı perspektivlərinə də toxunub: "Əlham Tokioya bu ilki nəticəsini – 20.70–20.80 saniyə aralığında göstərə bilsə, bu, çox yaxşı nəticə sayılacaq. Bu göstərici ilə o, hətta növbəti mərhələyə də yüksələ bilər. Onun səviyyəsindəki idmançı üçün bu böyük uğur olar. Çünki Ramil Quliyevdən sonra belə yüksək nəticə (20.70 saniyə) göstərən ikinci atlet məhz Nağıyevdir".

Baş katibin sözlərinə görə, mövsümün daha bir vacib yarışı noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaq: "Komanda həmin yarışa hazırlaşır, amma yekun heyət sentyabrın 22-dən sonra bəlli olacaq. Normativlərin icrası nəzərdə tutulmayıb, idmançılar "World Athletics" reytinqinə əsasən seçilirlər. Məsələn, 100 metr qaçışda İslam həmrəyliyi ölkələrindən ilk 32 atlet iştirak hüququ qazanacaq. Texniki növlərdə – üçtəkanla tullanma, uzunluğa tullanma, nüvəitələmə üzrə iştirakçı sayı daha az olacaq – hər birində cəmi on nəfər. Bu da təsnifatı bir qədər çətinləşdirir. Hazırda İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin təsdiqlədiyi kvotaya Əlham Nağıyev (200 metr), Lamiya Vəliyeva (100 və 200 metr), Rüstəm Məmmədov və Yekaterina Sarıyeva (hər ikisi – üçtəkanla tullanma) daxildir. Ehtiyat siyahıda isə Nazim Babayev (uzunluğa tullanma, 14-cü yer), İsmayıl Əliyevdir (nüvəitələmə, 15-ci yer). Hər şey sentyabrın 22-dən sonra dəqiqləşəcək".

Zəki Feyzullayev,
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər