top
Dohada FIG Konqresinə doğru - Fərid Qayıbovun ikinci cəhdi İdman.biz
21 oktyabr 2024, 11:11
- ↺ +

Dohada FIG Konqresinə doğru - Fərid Qayıbovun ikinci cəhdi

Bu həftə Fərid Qayıbovun da prezidentliyə namizədliyini irəli sürdüyü Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinin keçiriləcəyi ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, Avropa Gimnastikasının (EG) rəhbəri FIG-in hazırkı prezidenti, üçüncü müddətə namizədliyini irəli sürən Morinari Vatanabe ilə mübarizə aparacaq.

Qayıbov oktyabrın 24-26-da Dohada keçiriləcək Konqres ərəfəsində gimnastikanın inkişafı ilə bağlı fikirlərini bölüşüb: "Bildiyiniz kimi, mən də FIG prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Son seçkidən sonra idman növümüzün inkişafı üçün əlimdən gələni etməyi özümə borc bildim. Gimnastikada elə sahələr var ki, əhəmiyyətli diqqət və təkmilləşdirməyə ehtiyacın olduğunu düşünürəm. Bu növün gələcəyini qlobal miqyasda görmək istəyiriksə, həmin sahələrə diqqət etmək çox vacibdir. Biz daha yüksək səviyyədə olmağa layiqik və idmanın kommersiya tərəfini inkişaf etdirməyə və onu təbliğ etməyə davam etməliyik. Həm də gimnastların dünya arenasındakı çıxışlarındakı effekti də nəzərə almalıyıq. Onlar gələcək nəsilləri ruhlandıracaq ulduzlarımızdır, buna görə də onların inkişafına sərmayə qoya biləcəyimiz hər şeyə layiqdirlər".

Qayıbov üçün bu, beynəlxalq federasiyanın rəhbəri vəzifəsinə ikinci cəhddir. Üç il əvvəl Antalyada keçirilən seçkilərdə o, 47 səs toplayıb ki, bu da ilk dəfə üçün yaxşı nəticə idi.

Maraqlıdır ki, indiki FIG prezidentinin hazırda iki seçki kampaniyası var. Vatanabe Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə də namizədliyini irəli sürüb. Hələ Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı BOK-un rəhbəri Tomas Bax gələn il ikinci müddətinin sonunda vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb. Hazırda seçki yarışına 7 namizəd, o cümlədən yapon funksioner də daxildir. BOK-un yeni prezidenti martın 18-21-də Qədim Olimpiyada keçiriləcək sessiyada seçiləcək və həmin ilin iyununda vəzifəsinin icrasına başlayacaq. Namizədlər yanvarda Lozannada keçiriləcək qapalı iclasda BOK-un bütün üzvlərinə təqdimatlarla çıxış edəcəklər.

FIG Konqresinə qayıdaraq qeyd etmək lazımdır ki, orada, həmçinin bütün növlər üzrə texniki komitələr üçün də seçkilər olacaq. Xüsusilə Noha Abu Şabananın (Misir) rəhbərlik etdiyi Bədii Gimnastika üzrə Texniki Komitədə milli federasiyanın idman direktoru olan Natalya Bulanova ikinci müddətə namizədliyini irəli sürüb. Altı yer uğrunda 11 namizəd mübarizə aparacaq.

"Dünyanın müxtəlif yerlərindən olan bütün namizədlərə uğurlar arzulayıram. Əminəm ki, həmkarlarımız tutacaqları vəzifələrə uyğun bacarıq və təcrübə ilə bu işə ən uyğun olan namizədləri seçəcəklər. Hamımız gimnastika adamlarıyıq. Harada olmağımızın fərqi yoxdur, məqsədimiz eynidir və verdiyimiz hər bir qərar idman növümüzün parlaq gələcəyinə hesablanıb", - deyə Qayıbov əlavə edib.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Dünən, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Oxşar xəbərlər