top
Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb İdman.biz
01 may 2024, 12:51
- ↺ +

Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb

Avropa Gimnastikası (EG) mayın 3-5-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunun mükafat fondunu təsdiqləyib.

İdman.biz xəbər verir ki, yarışın ümumi mükafat fondu 40 min avro təşkil edəcək.

Yarışlar maraqlı qaydalarda keçiriləcək. Çoxnövçülük yarışlarında təsnifat mərhələsinin yekununa əsasən mütləq birincilikdə finala yüksələn 16 gimnast "Cross Battles" adlanan raundlarda çıxış edəcək. Olimpiya sistemi ilə keçirilən bu mərhələlər 1/8 finaldan başlayacaq. Cütlər təsnifatdakı yerlərə əsasən müəyyənləşəcək. 1-ci yer 16-cı, 2-ci yer 15-ci pillə ilə görüşməsi ardıcıllığı əsas götürüləcək. Hər idmançı mərhələdə finala qədər yalnız bir hərəkətdə çıxış edəcək.

"Cross Battles"in qalibi 8, gümüş mükafatçı 5, üçüncü yerin sahibi 3 min avro qazanacaq. Fəxri kürsüdən kənar qalacaq digər 13 iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

4-cü pillənin sahibi iki min, 1/4 finalda uduzanlar hərəyə min avro əldə edəcəklər. 1/8 finalın uğursuzları isə 500 avro ilə kifayətlənməli olacaqlar.

Qrup hərəkətləri üzrə çoxnövçülüyün qalibi 5, gümüş mükafatçı 3,5, bürüncü sahibi 2,5 min avro qazanacaq. Yeniyetmələrin mübarizəsində komanda yarışında qələbə 1300, gümüş 1000, bürünc 700 avro mükafat gətirəcək.

Avropa kubokunda ümumilikdə 160 gimnast mübarizə aparacaq. EG-in mətbuat xidməti yarışın ulduzlarını da açıqlayıb: "Onların arasında son mütləq Avropa çempionu Boryana Kaleyn, onun Bolqarıstan millisindəki komanda yoldaşı superulduz Stiliana Nikolova, 2022-ci ilin mütləq qitə çempionu Darya Atamanov, digər israilli, artıq böyüklərin yarışına qatılan Daniela Munits kimi qitə səviyyəli tanınmışlar var. Favoritlər sırasında 2022-ci ilin mütləq dünya çempionu Sofiya Raffaeli və daha bir italiyalı Milena Baldasarri, ukraynalı Kristina Poqraniçnaya, Azərbaycanın sevinci və qüruru Zöhrə Ağamirova və bir çoxları da var".

Yarışların proqramına gəlincə, mayın 3-də böyüklərin təsnifat mərhələsində gürzlər, halqa, top və lentlə hərəkətlər baş tutacaq. Onlar finala vəsiqə verən ilk 16 yer, həmçinin ayrı-ayrı hərəkətlərdə həlledici raunda vəsiqə uğrunda mübarizə aparacaqlar. Ertəsi gün komandaların qrup hərəkətlərində ilk çıxışları baş tutacaq, həmçinin çoxnövçülükdə "Cross Battles" keçiriləcək. Ardınca yeniyetmələr komanda yarışlarında mübarizəyə start verəcək. Mayın 5-də həm böyüklər, həm yeniyetmələr, həm qruplar ayrı-ayrı hərəkətlərdə mükafatçıları müəyyənləşdirəcəklər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Oxşar xəbərlər