top
Bakıda gimnastika üzrə beynəlxalq turnirin açılışı olub Sport24.az
01 iyun 2024, 21:09
- ↺ +

Bakıda gimnastika üzrə beynəlxalq turnirin açılışı olub

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq "Challenge" turnirinin açılış mərasimi keçirilib.

Sport24.az xəbər verir ki, Dənizkənarı Milli Parkda təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastika hamı üçün növünün Azərbaycanın 28 bölgəsində inkişaf etdiyini diqqətə çatdırıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə turnirdə iştirak edən azyaşlı idmançıları təbrik edən nazir müavini yarışın əsl bayram ab-havasında keçdiyini söyləyib.

Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti və Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu isə Bakıda olmaqdan xoşbəxt olduğunu bildirib.

Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub.

Festivalın keçirilməsində məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda əyləncə forması olduğunu sübut etməkdir.

Qeyd edək ki, beynəlxalq "Challenge" turniri iyunun 2-də Qala şou ilə başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Oxşar xəbərlər