top
Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb Idman.biz
Bu gün, 23:06
- ↺ +

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Azərbaycanın batut gimnastikası və tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən 39-cu dünya çempionatını bir qızıl və iki gümüş medalla başa vurub.

İdman.Biz xəbər verir ki, 4–8 noyabr tarixlərində təşkil olunan yarışda altı qitədən 367 gimnast iştirak edib. İdmançılar müxtəlif proqramlar üzrə 16 dünya çempionluğu uğrunda mübarizə aparıblar.

Tamblinq millimiz üçüncü dəfə dünya çempionu olub

Azərbaycanın əsas uğuru tamblinq üzrə komanda yarışında qeydə alınıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət yığmamız təsnifat mərhələsini lider kimi başa vuraraq finala yüksəlib.

Həlledici mərhələdə 25 xal toplayan milli komandamız Danimarkanı bir, ABŞ-ni isə beş xal qabaqlayaraq qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan 2023 və 2025-ci illərdən sonra üçüncü dəfə tamblinq üzrə komanda yarışında dünya çempionu olub.

Tofiq Əliyev ilk fərdi gümüş medalını qazanıb

Tamblinq üzrə fərdi yarışda Tofiq Əliyev də fəxri kürsüyə yüksəlib. Təmsilçimiz finalda 29,700 xal toplayaraq dünya çempionatının gümüş medalını qazanıb.

Bu, onun fərdi proqramda dünya çempionatlarında əldə etdiyi ilk gümüş medaldır. Portuqaliyalı Vasko Peso qızıl, ABŞ təmsilçisi Keyden Braun isə bürünc medala sahib olub.

Digər gimnastlarımızdan Mixail Malkin mübarizəni 1/8 final mərhələsində başa vurub. Aleksey Karataşov ilk təsnifat mərhələsində 54,400 xal toplayaraq 11-ci pillədən ikinci təsnifat mərhələsinə yüksəlib, burada isə 26,800 xalla 13-cü olub. Adil Hacızadə ilk təsnifat mərhələsində 52,900 xalla 19-cu yeri tutub.

Qeyd edək ki, komanda yarışında qızıl medal qazanan yığmamızın üzvü Karataşov böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak edib.

Bacı-qardaş Azərbaycan gimnastikası tarixində ilkə imza atıb

Batut gimnastikasının qarışıq sinxron proqramında Selcan Mahsudova və Maqsud Mahsudov da tarixi nəticə göstəriblər.

Təsnifat və yarımfinal mərhələlərini uğurla keçən bacı-qardaş tandemi finalda 52,010 xal toplayaraq gümüş medal qazanıb.

Bu nəticə Azərbaycan gimnastikasının tarixində qarışıq sinxron proqram üzrə dünya çempionatlarında əldə edilən ilk gümüş medaldır.

Yarışda Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medala sahib olublar.

Selcan Mahsudova Olimpiya çempionunu qabaqlayıb

Selcan Mahsudova qadınların fərdi batut proqramında da diqqət çəkib. O, yarımfinalda 56,140 xal toplayaraq altıncı pillədən finala yüksəlib.

Təmsilçimiz bu mərhələdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brioni Peyci altı pillə qabaqlayıb.

Noyabrın 8-də keçirilən finalda Mahsudova 56,580 xal toplayaraq dünya çempionatını altıncı yerdə başa vurub.

Kişilərin fərdi proqramında Maqsud Mahsudov yarımfinalda 37,850 xalla 20-ci olub. Maqsud Mahsudov və Hüseyn Abbasovdan ibarət sinxron cütlük isə ilk təsnifat mərhələsində 50,900 xal toplayaraq ikinci təsnifat mərhələsinə yüksəlib və burada 15-ci pilləni tutub.

Abbasov da böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak edib.

Beləliklə, Azərbaycan gimnastları Nankində keçirilən dünya çempionatını bir qızıl və iki gümüş medalla tamamlayıblar.

Qeyd edək ki, millimizin uğurları 8 Noyabr - Zəfər Günü ərəfəsinə və bayram gününə təsadüf edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Futbol
Bu gün, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Bu gün, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Bu gün, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Bu gün, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Bu gün, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Bu gün, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Oxşar xəbərlər