top
Azərbaycan akrobatikasının mövsümü başa çatıb İdman.biz
28 oktyabr 2024, 14:34
- ↺ +

Azərbaycan akrobatikasının mövsümü başa çatıb

Avropa Gimnastikası (EG) akrobatika mövsümünə yekun vurub.

İdman.biz xəbər verir ki, adıçəkilən qurum sosial şəbəkədəki səhifəsində Azərbaycandan olan Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyündən də bəhs edən paylaşım edib.

"Vaxt uçur. Avropalılar üçün akrobatika yarışlarının tam ili başa çatdı", aparıcı idmançıların çıxışlarından maraqlı məqamların fraqmentlərindən ibarət qalereyaya belə şərh yazılıb.

Qeyd edək ki, Azərbaycan millisi Gimarayeşdə (Portuqaliya) keçirilən dünya çempionatında tarixi nəticə əldə edib. Komandamız dünya çempionatında 8 medal qazanaraq yeni rekorda imza atıb, eyni zamanda ümumi sıralamada 3-cü yeri tutub.

Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü iki qələbə qazanıb (kombinə və balans hərəkətlərində), həmçinin tempdə üçüncü olublar. Kişilərdən ibarət Murad Rəfiyev - Daniel Abbasov dueti də kombinə və balans hərəkətlərində birinci olub və tempdə bürünc medal qazanıb.

Seymur Cəfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli və Riad Səfərovdan ibarət kişilərdən ibarət qrup templə hərəkətlərdə bürünc medal qazanıb. Millimiz komanda yarışında da gümüş medala sahib çıxıb.

Ümumi hesabda Azərbaycan komandası yalnız Belçika (5-0-1) və Çindən (5-0-1) geri qalaraq ilk üçlüyə (4-1-3) daxil olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Dünən, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Dünən, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Dünən, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Dünən, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Dünən, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Dünən, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Dünən, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Dünən, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Dünən, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Oxşar xəbərlər