top
Avropa Gimnastikası qitə çempionatının ulduzlarını fərqləndirib İdman.biz
13 may 2024, 15:46
- +

Avropa Gimnastikası qitə çempionatının ulduzlarını fərqləndirib

Avropa Gimnastikası (EG) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak edəcək aparıcı bədii gimnastları fərqləndirib.

İdman.biz xəbər verir ki, mayın 22-26-da keçiriləcək yarışda 40 ölkədən 302 idmançı iştirak edəcək.

Onlardan 203-ü böyüklər, 99-u yeniyetmələrin yarışına qatılacaq. Yarışda qrup hərəkətləri üzrə 19 komanda da çıxış edəcək.

Qurumun mətbuat xidməti çempionatdakı rəqabətə də toxunub: "Bolqar superulduz Boryana Kaleyn çoxnövçülükdə öz titulunu qorumağa çalışacaq. O, hazırkı dünya çempionu almaniyalı Darya Varfolomeyev, sabiq dünya çempionu italiyalı Sofiya Raffaeli, 2022-ci ilin Avropa çempionu israilli Darya Atamanov, Ukraynanın aparıcı gimnastı Viktoriya Onopriyenko, bolqar ulduz Stiliana Nikolovanın sərt rəqabəti ilə üzləşəcək. Bu siyahını uzatmaq da olar. Yarışın ev sahibi olacaq Macarıstanı Fanni Piqnitski və Hanna Visner təmsil edəcək. Qrup yarışlarında bizi 19 komandanın - Azərbaycan, Bolqarıstan, İspaniya, Finlandiya, Fransa, Böyük Britaniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın möhtəşəm döyüşü gözləyir".

Azərbaycan millisinin heyətində fərdi yarışlarda Zöhrə Ağamirova, Kamilə Seyidzadə və Alina Məmmədova yer alıb. Qrup hərəkətlərində Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Darya Sorokinadan ibarət komandamız çıxış edəcək. Yeniyetmələrin yarışına Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı sifariş olunublar.

Nicat Zəkiyev
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:14

Benzemanın “Əl-Hilal” ilə problemləri

Futbol
Bu gün, 03:09

"Arsenal" Edeqoru 87 milyon avroya satmaq istəyir

Şahmat
Bu gün, 02:18

FIDE prezidenti Arkadi Dvorkoviç istefa verib

Futbol
Bu gün, 01:52

Liverpul Vinisiusu azad agent kimi transfer etməyi düşünür

Futbol
Bu gün, 01:36

De la Fuente Argentina oyunçularının davranışlarına reaksiya verdi: “Qəbuledilməzdir”

Futbol
Bu gün, 01:15

Murad Məmmədovun komandası Avropa Liqasında məğlub olub

Voleybol
Bu gün, 01:01

Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Güləş
Bu gün, 00:49

Asəf Çopurov UAE Warriors çempionluq kəmərini uğurla müdafiə edib

Futbol
Bu gün, 00:38

Karvan-Yevlax" İbrahim Qədirzadə ilə müqaviləsini başa vurub

Futbol
Bu gün, 00:17

Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib

Futbol
Dünən, 23:59

Mahir Emrelinin qolu komandasının Konfrans Liqasındakı qələbəsini təmin edib

Minifutbol
Dünən, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Dünən, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Dünən, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Dünən, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Dünən, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Dünən, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Dünən, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Dünən, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Dünən, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Dünən, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Dünən, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Dünən, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Dünən, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Oxşar xəbərlər