top
Aleksandr Plyuşenko: nailiyyətləri və Azərbaycan adına çıxış etməsi - İDMAN.BİZ-in icmalı Idman.biz
26 may 2026, 12:31
- ↺ +

Aleksandr Plyuşenko: nailiyyətləri və Azərbaycan adına çıxış etməsi - İDMAN.BİZ-in icmalı

Məşhur rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşenkonun oğlu olan Aleksandr Plyuşenkonun idman vətəndaşlığını Azərbaycan adına dəyişməsi sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

Bu, rusiyalı idmançıların Azərbaycan bayrağı altına çıxış etməsinə dair ilk hal deyil. Amma yəqin ki, ən rezonanslı hadisələrdən biridir. İlk növbədə valideynlərinin məşhur olması burada mühüm rol oynayıb: anası tanınmış prodüser Yana Rudkovskaya, atası isə ikiqat olimpiya çempionudur. Həmçinin unudulmamalıdır ki, böyük Yevgeni Plyuşenko başqa ölkə adına çıxış etməyə qərar verən rusiyalı idmançıları tənqid edirdi. Ümumilikdə, bu ailə hər zaman özünəməxsus "vətənpərvərliyi" ilə seçilib.

Əlbəttə, "Qnom Qnomıç" ləqəbi ilə tanınan gənc idmançının özü də diqqət çəkir. Bir çox rusiyalı internet istifadəçisi oğlana idmançıdan daha çox "mem" kimi yanaşır və ya ən azından əvvəllər belə yanaşırdı.

Bəs Aleksandr Plyuşenko fiqurlu konkisürən kimi hansı yolu keçib?

Aleksandr uşaqlıqdan atasının rəhbərliyi altında məşq edir və mütəmadi olaraq valideynlərinin buz şoularında iştirak edərək bundan gəlir əldə edir.

Kiçik Plyuşenkonun beynəlxalq arenada təcrübəsi yoxdur. 2025/2026 mövsümündə onun iştirak etdiyi yalnız bir yarış barədə məlumat tapmaq mümkündür – 2025-ci il Moskva vilayəti fiqurlu konkisürmə yarışları. O, burada 192,91 xalla birinci yeri tutub. Lakin bu nəticəni kiçik Plyuşenkonun aktivinə yazmaq çətindir, çünki həmin yarışda yeganə iştirakçı olub.

2024/2025 mövsümündə isə nəticələri belə olub:

"Yujnıy Briz 2025" - 15 iştirakçı arasında 10-cu yer;

"Samaroçka 2025" - 12 iştirakçı arasında 2-ci yer, 187,45 xal;

"Voloqdskie Uzorı 2025" - 17 iştirakçı arasında 4-cü yer, 176,37 xal;

"S. A. Juk Memorialı 2025" - 23 iştirakçı arasında 18-ci yer, 218,34 xal;

Mərkəzi Federal Dairənin oğlanlar arasında birinciliyi 2025 - 14 iştirakçı arasında 3-cü yer, 234,18 xal.

Nəzərə almaq lazımdır ki, sadalanan yarışların əksəriyyəti Rusiya meyarlarına görə yüksək səviyyəli turnirlər hesab olunmur. Onların arasında ən ciddi yarış "S. A. Juk Memorialı 2025"dir ki, bu da 10-15 yaşlı yeniyetmələr arasında Rusiya çempionatı sayılır. Bu göstəricilərə əsasən demək olar ki, Aleksandr Plyuşenko müəyyən səviyyəli yarışlarda ilk "3-lük"də yer ala bilir, amma hələ də sabit çıxış etmir, xüsusilə də böyük turnirlərdə.

Texniki bacaqrıqlarına nəzər saldıqda da onun xüsusi fərqlənmədiyi görünür. İdmançının arsenalında hələlik üçqat aksel - 3,5 dövrəli tullanış yoxdur. Bundan başqa, internetdə mövcud olan protokollara əsasən, idmançı yarış zamanı üçqat tullanma kombinasiyalarını yerinə yetirməyib.

Buna baxmayaraq, fiqurlu konkisürənin cəmi 13 yaşı var. İllər keçdikcə inkişaf etməsi mümkündür, amma hansı səviyyəyə qədər yüksələ biləcəyi bəlli deyil. Bunun Azərbaycan fiqurlu konkisürməsinə nə üçün lazım olduğu isə hələ də anlaşılmır. Qış İdman Növləri Federasiyası nəticə verməyən strategiyanı davam etdirərək "orta", bəzən isə açıq şəkildə zəif legionerləri dəvət etməkdə davam edir.

Ehtimal olunur ki, federasiyanın məqsədlərindən biri Olimpiadada iştirakdır. Halbuki konkret nəticə yox, sadəcə iştirakın özü belə mübahisəli məqsəd hesab oluna bilər. Amma yaşına görə Aleksandr Plyuşenko 2030-cu ildə Fransa Alplarında keçiriləcək növbəti Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. O, 6 yanvar 2013-cü ildə anadan olub. "International Skating Union"un qaydalarına əsasən, böyüklər arasında beynəlxalq yarışlarda iştirak etmək üçün idmançı yarış mövsümündən əvvəlki ilin 1 iyul tarixinə qədər 17 yaşına çatmalıdır. Halbuki 2029-cu ilin iyulunda Plyuşenkonun cəmi 16 yaşı olacaq. Fiqurlu konkisürənin Azərbaycanla müqaviləsi isə beş il müddətinə nəzərdə tutulub.

Bu isə Azərbaycan Qış İdman Növləri Federasiyasının qərarlarının məntiqini anlamağı daha da çətinləşdirir. Federasiya nəticə verməyən strategiyanı davam etdirərək əvvəlki fəaliyyət prinsipindən əl çəkmir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Gimnastika
Bu gün, 15:44

Selcan Mahsudova: "Dizimlə bağlı problemlərə baxmayaraq, Dünya Çempionatında qalmaq və gümüş medala uzanmaq mümkün olduğunu isbat etdim"

Futbol
Bu gün, 15:37

Ruben Amorim Milançılardan Cenoa qarşısında ciddi reaksiya tələb edir

Futbol
Bu gün, 15:28

Ülvi İsgəndərov Premyer Liqada 200-cü oyunu keçdi

Qarabağ FK
Bu gün, 15:19

Şahrudin Məhəmmədalyev "Qarabağ"da 100-cü Premyer Liqa matçını keçirib

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Oxşar xəbərlər