top
Naxçıvanda futzal üzrə Heydər Əliyev Kuboku turnirinə başlanılıb Report.az
10 may 2025, 15:08
- +

Naxçıvanda futzal üzrə "Heydər Əliyev Kuboku" turnirinə başlanılıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinə start verilib.

"Report"un yerli bürosu xəbər verir ki, Ümummilli Liderin doğum günündə yarışın rəsmi açılış mərasimi reallaşıb.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan tədbirdə əvvəlcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi rəhbər Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov çıxışlarında Naxçıvan idmanında əldə olunan uğurlar və yarışın əhəmiyyəti ilə bağlı fikirlər də səsləndiriblər. Qeyd olunub ki, Heydər Əliyev dühası müasir Azərbaycanın və xalqımızın taleyində böyük iz buraxmış şəxsiyyətdir, onun siyasi xətti və ideyaları və bu gün ölkəmizə mənəvi işıq tutur.

Mərasimin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri günə özəl mahnılar səsləndirblər, karateçilərin nümunəvi çıxışları izlənilib.

Sonra Ali Məclis və Səhiyyə Nazirliyini təmsil edən komandalar arasında görüşlə mübarizəyə start verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparır.

Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Bu gün, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Bu gün, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Bu gün, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Bu gün, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Bu gün, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Bu gün, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Bu gün, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Bu gün, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Bu gün, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Futbol
Bu gün, 19:32

Qvardiola ilə danışıqlar uğursuzluğa uğraya bilər

Formula 1
Bu gün, 19:01

Aston Martin Yenidən Mübarizəyə Qayıtmaq İstəyir

Basketbol
Bu gün, 18:46

Real Madrid Fənərbağça çempionu ilə müqavilə imzaladı

Futbol
Bu gün, 18:29

Nyukasl „Monako“nın futbolçusu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:16

Andrey Arşavin: Lamin Yamal heç vaxt Messi səviyyəsinə çata bilməyəcək

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kuboku 2026/27 mövsümü təqvimi

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kubok yarışlarının mövsüm təqvimi

Futbol
Bu gün, 18:00

Peşəkar Futbol Liqası 2026/27 Mövsümünün Təqvimini Açıqladı

Güləş
Bu gün, 17:45

U-15 qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Futbol
Bu gün, 17:40

Bornmut "Çelsi"nin Aleks Skottu transferi ilə bağlı 64 milyon funtluq təklifini qəbul etməyib

Futbol
Bu gün, 17:20

Lids Mançester Siti qapıçısı ilə maraqlanır

Futbol
Bu gün, 17:00

Xəzər Mahmudov “Xankəndi”yə keçib

Futbol
Bu gün, 16:45

Arsenal Kristos Tsolisi transfer edib

Oxşar xəbərlər