top
Lənkəranda Məktəblərdə Futbol Dərsi layihəsi çərçivəsində futzal turniri keçirilib Report.az
17 mart 2026, 18:02
- +

Lənkəranda "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində futzal turniri keçirilib

UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri keçirilib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib.

Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.

Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və "fair-play" kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.

UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib UEFA-nın HatTrick proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Cənubi Koreya milli komandası CAR yığmasına uduzub

Futbol
Bu gün, 15:23

"Səbail" futbol klubunda Rəşad Əzizli ilə yollar ayırıldı

Futbol
Bu gün, 15:20

Montella istefasını verməyəcəyini bildirdi

Futbol
Bu gün, 15:08

Araz-Naxçıvan futbolçusu dünya çempionatında Portuqaliya millisinə azarkeşlik edir

Futbol
Bu gün, 15:00

Neymar debütü ilə bağlı danışdı

Futbol
Bu gün, 14:40

Bosniyalı futbolçu Kerim Alaybeqoviç mundiallar tarixinə düşdü

Cüdo
Bu gün, 14:38

Hidayət Heydərovun yeni çəki dərəcəsi ilə bağlı məlumat

Futbol
Bu gün, 14:20

„Qəbələ“ Seydina Keyta ilə müqavilə uzadır

Futbol
Bu gün, 14:08

Bruno Fernandeşin möhtəşəm statistikası - 36 oyunda 25 məhsuldar ötürmə

Futbol
Bu gün, 13:53

„Xankəndi“ baş məşqçisi ilə müqaviləni uzatmağa hazırlaşır

Futbol
Bu gün, 13:40

Atletiko "İnter"ə qarşı "Udineze"nin futbolçusu üçün rəqib oldu

Güləş
Bu gün, 13:38

Məktəblilərin Respublika İdman Olimpiadasında güləş yarışları başa çatıb

Futbol
Bu gün, 13:20

Niko Pasın gələcəyi bu gün müəyyənləşəcək

Futbol
Bu gün, 13:08

„Qəbələ“ FK Seydina Keyta ilə müqaviləni uzadıb

Futbol
Bu gün, 13:08

Lionel Messi 2030-cu il Dünya Çempionatında iştirak ehtimalını istisna etmir

Futbol
Bu gün, 12:53

Kəpəz” futbolçusu ilə yollarını ayıra bilər

Güləş
Bu gün, 12:40

Azərbaycanda çimərlik güləşi üzrə ölkə çempionatı keçiriləcək

Futbol
Bu gün, 12:22

Neymar mundialdakı debütündən sonra: “Paltardəyişmə otağında ağlayırdım”

Futbol
Bu gün, 12:20

Qətər futbolçusu 5 oyunluq diskvalifikasiya olunub

Digər
Bu gün, 12:08

"Xankəndi" FK baş məşqçisi ilə müqaviləni uzatmağa hazırlaşır

Minifutbol
Bu gün, 11:40

Yarımmüdafiəçi Rövlan Muradov “Araz-Naxçıvan”la anlaşdı

Minifutbol
Bu gün, 11:38

Heydər Əliyev Kuboku uğrunda futzal turnirinin finalçıları məlum olub

Futbol
Bu gün, 11:08

“Araz-Naxçıvan”da yeni transfer

Digər
Bu gün, 11:00

Xankəndi" Zaur Hacıyev ilə mүqaviləsini uzatmağa hazırlaşır

Oxşar xəbərlər